Menu

“Rusiya NATO üçün başlıca real təhlükədir” - Alman general

24.12.2020, 00:08
“Rusiya NATO üçün başlıca real təhlükədir” - Alman general

Rusiya Şimali Atlantika Alyansı üçün başlıca təhlükədir. 

Bu barədə «Frankfurter Allgemeine Zeitung» nəşrinə bundesverin generalı, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Visbadendəki ordusunun qərargah rəisi Cared Zembritski bəyan edib.

«Rusiya təhlükəsi realdır. Rusiya silahlarını artırır və ordusunu aktiv şəkildə modernləşdirir» -general bəyan edib.

Uyğun suala cavab verərkən, Zembritski təkrar edib ki, Rusiyanı «qəti şəkildə» başlıca təhlükə adlandırmaq olar, Polşada və 3 Baltikyanı ölkədə isə Rusiya təhlükəsinə qarşı NATO-nun döyüş qrupları var.

Terrorizm təhlükəsindən danışarkən, general izah edib ki, terrorizm hər kəsi daha çox təhdid edir, ancaq hərbçilər ona qarşı dura bilmirlər.

Buna qədər ABŞ SQ Qərargah rəisləri Komitəsinin rəhbəri general Mark Milli öz ölkəsi üçün başlıca təhlükə kimi Çini və Rusiyanı göstərib.

AzPolitika.info

Şərhlər

Azər 2020-12-24 09:23:23

ruslar bütün dünya üçün böyük təhlükədir

Helime 2020-12-24 03:05:47

Rusiya tek NATO uchun deyil, butun postsovet mekani uchun tehlukedir. Ne ozu bir inkishaf edib, ne bashqasina imkan verir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol