Menu

Tarif Şurasından “dərman mafiyası”na xəbərdarlıq

24.12.2020, 10:27
Tarif Şurasından “dərman mafiyası”na xəbərdarlıq

“Koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb. Bu səbəbdən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər gücləndirilib”.

Bu barədə Modern.az-ın dərman bazarındakı bahalaşama və qıtlıqla bağlı sorğusuna cavab olaraq, Tarif Şurasından bildirilib.

Rəsmi məlumata görə, mövcud qanunvericiliyə əsasən, dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir:

“İndiyədək Tarif (qiymət) Şurası tərəfindən 12.114 dərman vasitəsinin qiyməti təsdiq edilib. İstehlakçılar dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə məlumatları Tarif (qiymət) Şurasının, İqtisadiyyat Nazirliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsindən əldə edə bilərlər.

Dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri qeyd olunmalıdır və dərman satışını həyata keçirən bütün təsərrüfat subyektləri bu tələblərə əməl etməlidir”.

Həmçinin bildirilib ki, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur:

“İstehlakçılar dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirməlidirlər. Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Xidmətin qaynar xəttinə (498-15-01, 498-15-04) müraciət edə bilərlər”.

Şərhlər

t.ədalət 2020-12-24 10:45:26

Dərman mafiyası ermənilər qədər təhlükəli və anti-insani məxluqlardır.Onlar cəzasızlıq şəraitində çox böyük var-dövlət toplayıblar.Burda söhbət 3-5 milyardlardan gedə bilər.İstədikləri adamı öldürtdürə və hüquq-mühafizə orqanlarının əli ilə öldürtdüklərini günahkar çıxara bilərlər.Onlara qarşı mübarizəni yalnız DTX apara bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol