Menu

Gürcüstanda iki azərbaycanlı güllələnib

24.12.2020, 13:47
Gürcüstanda iki azərbaycanlı güllələnib

Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda iki nəfər güllələnib.

“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslərə evə qayıdarkən naməlum şəxs və ya şəxslər odlu silahdan atəş açıblar.

Yaralanan hər iki şəxs xəstəxanaya çatdırılıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Faktla bağlı istintaqa başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol