“İstənilən ölkə üçün müharibədən sonra büdcə qurmaq çətindir. Ancaq Azərbaycan bu problemi yaşamır”.
“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın qədim şəhəri olan Xankəndi şəhərinin hüquqi statusu bərpa edilməlidir: “Növbəti bir neçə il üçün hərbi sahəyə ayrılan vəsait xüsusi seçilməlidir. Azərbaycanda hərbçi, müəllim və həkim yüksək maaş almalıdır. Hörmətli Baş nazirdən xahiş edirəm ki, bankların kredit faizlərinin aşağı salınması ilə bağlı götür-qoy etsinlər”.


Şərhlər
Hörmətli Aydın müəllim, şərti götürək ki, Xankəndinin statusunu müəyyən etdik, oraya vəsait ayırdıq, azərbaycanlılar orada yaşamayacaqsa bu vəsait kimlər üçün ayrılacaq? Rusiyanın sülhməramlıları gecə-gündüz Xankəndinə erməniləri daşıyır. Bilmək olmur bunlar həqiqətənmi orada yaşayan ermənilərdir, yoxsa Livandan, Suriyadan, lap elə Ermənistanın özündən gətirilən erməilərdimi? Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılıbmı və ya nə zaman çıxarılacaqdır, azərbaycanlılar oraya nə zaman köçürüləcəkdir, dövlət qurumlarının fəaliyyəti nə vaxt bərpa olunacaq. Biz həmişəki kimi eşşəyi qoyub palanını döyürük
Ən çox milli görünən adı Aydın deputatın qarışıq təklifi heç də aydın deyil? Xankəndi Ağdam, Şuşa və digər-yuxarı rayonların (keçmiş xanlıqlar kimi) mərkəzi ola bilir?
bUNLARIN MÜHARİBƏ GEDƏNDƏ DİLLƏRİ GOİRMİŞDİ.... çünki nə özləri nə də uşaqları müharibəyə getmədilər şəhid olmadılar. İndi çıxı dilləri