Menu

“Bəzi şəxslər süni şəkildə dərman qıtlığı yaradırdlar” - Deputat

24.12.2020, 15:57
“Bəzi şəxslər süni şəkildə dərman qıtlığı yaradırdlar” - Deputat

“2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri nəzərəçarpacaq qədər artırılıb. Həmin vəsaitin böyük bir qismi ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə yönəldilib”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvarından 31 şəhər və rayonda icbari tibbi sığorta həyata keçirilməyə başlanılacaq: “Bu məqsədlə büdcədən 1 milyard 45 milyon manat vəsait ayrılıb. İllərdir ki, insalarımız bunu gözləyirdi”.

Komitə sədri bildirib ki, pandemiyaya qarşı mübarizə üçün də xeyli vəsait ayrılıb: “Pandemiya elan olunduğu ilk gündən etibarən Prezidentin tapşırığı ilə Operativ Qərargah yaradıldı. Pandemiyanın ikinci mərhələsində yoluxmanın sayı kəskin artsa da səhiyyə sistemimiz çökmədi. Bu gün 45 tibb müəssisəsi və 30 müasir laboratoriya pandemiya ilə mübarizəyə cəlb olunub. Məndə olan məlumata görə, ölkəmizdə dərman ehtiyatı var. Ancaq bəzi şəxslər bu qıtlığı süni şəkildə yaradırdlar. 2021-ci ilin ilk aylarında ölkəmizə vaksinlər gətiriləcək”.

Şərhlər

Mahir 2020-12-24 17:36:24

Əhliman müəllim gözəl biir bunlar kimlərdir.Amma ümümi sözlərlə baş girləyirdesinlər kişi deputatdı,millətin vəziyyətini bilir vədeyir.Amma türklər demiş maləsəf! Ad çəkmir ki, başı ağrımasın.

Almas 2020-12-24 17:32:50

Belə boş çıxışlar ( necə yəni bəzi-?.Kişiliyiniz çatmırsa konkret faktlar göstərəsiniz,o zaman susun!( O bzilərini hamı bilir ki, deputatlar.nazirlər və yuxarılardan qorunan çəxslər bunu edir.Bir atalar məsəlini xarırla "Sən ki,qorxursan pişikdən,niyə çıxırsan deşikdən?"

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol