Menu

ABŞ HHQ Alyaskada döyüş təlimi keçirib - F35 də iştirak edib

25.12.2020, 00:03
ABŞ HHQ Alyaskada döyüş təlimi keçirib - F35 də iştirak edib

Amerika Birləşmiş Ştatları (ABŞ) hərbçiləri Alyaskada təlim keçiriblər. Təlimdə HHQ qırıcıları, ABŞ Milli Qvardiyasının təyyarələri və yanacaq paylayan təyyarələr hərəkətə gətirilib.

Bu barədə ABŞ HHQ-nin «Ayelson» saytında dərc olunmuş bəyanatda söhbət açılır.

Saytın nümayəndəsi Devid Skelikinin qeyd etdiyi kimi, döyüş hazırlığının yoxlanılması təlimi dekabrın 18-də keçirilib - koronavirusa, sərt hava şəraitinə və cari ilin ən qısa gününün olmasına baxmayaraq. Sənəddə dəqiqləşdirildiyi kimi, təlimdə iki ədəd KS-135 Stratotanker təyyarəsi, 30-dan artıq qırıcı və qırıcı-bombardmançı iştirak edib. Onların sırasında F-35A Lightning və F-16 Fighting Falcon da olub.

Bəyanatda təlimlərin keçirildiyi dəqiq yer göstərilmir. Təlim vaxtı qırıcılar döyüş vəziyyətinə yaxınlaşdırılmış halda hərəkət ediblər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol