Menu

“AZƏRBAYCANIN QƏTİYYƏTLİ PREZİDENTİ...” – Rəsul Quliyevdən İlham Əliyevə dəstək

25.12.2020, 17:01
“AZƏRBAYCANIN QƏTİYYƏTLİ PREZİDENTİ...” – Rəsul Quliyevdən İlham Əliyevə dəstək

Parlamentin sabiq sədri, Azərbaycan ənənəvi müxalifətinin mühacirətdə olan liderlərindən biri Rəsul Quliyev Prezident İlham Əliyevin işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına səfərinə dair paylaşım edib.

“AzPolitika.info” xəbər verir ki, R.Quliyev ölkə başçısının azad olunan ərazilərin bərpasıyla bağlı fikirlərini dəstəklədiyini yazıb və təklif edib ki, ayrıca Dağlıq Qarabağ administrativ regionu yaradılsın: “Azərbaycanın qətiyyətli Prezidenti və müdrik Birinci vitse-prezidenti Zəngilan və Qubadlı rayonlarına səyahət ediblər. Bu səyahət vaxtı Prezident maşını sürə-sürə ətrafdakı dağıdılmış ərazilərin şərhini vermiş və Qubadlıda çox geniş çıxış etmişdir.

Birincisi, Prezidentin Azərbaycan dilində ona məxsus leksikonu formalaşıb. Və bu, çox güclü təəssürat yaradır.

İkincisi, Prezident viran edilmiş Azərbaycan torpaqlarının necə bərpa ediləcəyini dərindən bilir və insanlarda bu işi görəcəkdir inamı yaradır.

Fikirimcə, Azərbaycanın administrativ inzibatı siyasətində dəyişiklik olmalıdır. DQ administrativ regionu yaradılmalıdır. Bu regionun paytaxtı Şuşa, böyük şəhərləri Laçın və Xankəndi olmalıdır.

Bu ağır və şərəfli işdə uğurlar...”

“AzPolitika.info”

Şərhlər

eli 2020-12-30 11:56:30

yasasin ali bas komandanş

Fariz 2020-12-26 13:21:39

Bu hələ sağdır?Nə istəyir?

Cəmşid Dərələyəzli 2020-12-26 11:20:20

Əziz soydaşlarımız. Gəlin birlik və bütünlüyümüzə xələl gətirən bu sayaq paylaşmalara getməyək. Dost və qardaş ölkələr istisna, əksər dövlətlərin Azərbaycanın əldə etdiyi qəlabəsinə kölgə düşürmək istədikləri bir zamanda, keçmişdə Dövlət Başçısının yürütdüyü siyasət qarşı olanlardan birinin çıxıb da bu gün müsbət fikir söyləməsi qəbahət sayılmamalıdır. Əksinə alqışlanmalıdır. Biz sıxıldıqca birləşməliyik. Budur bizim gücümüz. Budur bizim Qarabağda qələbəmizin qayəsi. Lütfən.

M.Əsgərov 2020-12-25 23:00:43

görəsən nə vaxtsa bundan bir ağıllı söz çıxacaq... təklifinə bax bunun......Prezident yaxşı bilir neyləmək lazımdı.......

İlqar 2020-12-25 21:18:33

Uğursuz təklifdir.Ümumiyyətlə Dağlıq Qarabağ kəlməsini lekskondan yaığıdırmalıyıq.Bu ad qaldıqca ermənilərin status iştahası da qalacaq.Ola bilər idarəetməni asanlaşdırmaq məqsədilə təklif sürür.Bu halda başqa forma və adla.məsləyə baxıla bilər.

İlqar 2020-12-25 21:18:33

Uğursuz təklifdir.Ümumiyyətlə Dağlıq Qarabağ kəlməsini lekskondan yaığıdırmalıyıq.Bu ad qaldıqca ermənilərin status iştahası da qalacaq.Ola bilər idarəetməni asanlaşdırmaq məqsədilə təklif sürür.Bu halda başqa forma və adla.məsləyə baxıla bilər.

t.ədalət 2020-12-25 20:41:54

Rəsul müəllimin yazısı bir vaxtlar Səməd Vurğunun Nazim Hikmətə dediyi sözləri yadıma saldı:"--Siz Türkiyədə olanda daha böyük idiniz.Moskvaya gəlişinizlə böyüklüyünüzü itirdiniz."

Araz 2020-12-25 18:08:20

Bu niyə yaltaqlanır?

Eli 2020-12-25 17:37:40

Teklif yaxşı teklifdir.Xüsusile Mehz Şuşanın paytax plması .Prezidendimiz daha mükemmel model haqqında fikirleşmemiş deyil .Pille pille etap etap hamısını görerik İnşaallah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol