Menu

Vətən müharibəsində şəhid olan əsgər Sumqayıtda dəfn edildi - FOTOLAR

26.12.2020, 19:47
Vətən müharibəsində şəhid olan əsgər Sumqayıtda dəfn edildi - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan əsgəri dəfn edilib. "Report"un məlumatına görə, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifov Hüseyn İsaq oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.

Şəhid əsgər Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, H.Yusifov sonuncu dəfə ailəsi ilə sentyabrın 29-da danışıb. Həmin vaxtdan əsgərin taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. Ötən gün onun şəhid olduğu məlum olub.

Allah rəhmət eləsin!

Şərhlər

Xalq 2020-12-26 20:52:54

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol