Menu

Qubada ərzaq mağazası yanıb

26.12.2020, 22:14
Qubada ərzaq mağazası yanıb

Qubada köhnə avtovağzal ərazisində ərzaq mağazasında yanğın olub. “Report”un Şimal bürosunun verdiyi məlumata görə, axşam saatlarında rayonun mərkəzində “Köhnə avtovağzal”ın arxasında bir-birinə bitişik ərzaq məhsulları mağazalarından birində yanğın başlayıb.

Nəticədə sahibkar Elçin Əhməd oğlu Orucova məxsus mağazanın 100 m² sahəsində yanar konstruksiyalar yanıb.

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol