Menu

Gürcüstanda koronavirusa 1 097 yeni yoluxma qeydə alınıb, 25 nəfər ölüb

27.12.2020, 10:58
Gürcüstanda koronavirusa 1 097 yeni yoluxma qeydə alınıb, 25 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 1 097 yeni yoluxma faktı təsdiqlənib, 3 208 nəfər sağalıb, 25 pasiyent isə vəfat edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 221 605 nəfərdə aşkarlanıb. Onların 203 547-si sağalıb, 2 377-si isə ölüb.

Karantin zonalarında 420, stasionar nəzarətdə 5 677 nəfər var. 1 393 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol