Menu

"Neftçi"nin rəqibləri məlum oldu

27.12.2020, 16:38
"Neftçi"nin rəqibləri məlum oldu

"Neftçi” futbol komandası qış fasiləsindəki təlim-məşq toplanışı müddətində əvvəlcədən nəzərdə tutulduğu kimi bir yox, iki yoxlama oyunu keçirəcək.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, artıq rəqiblər də müəyyənləşib. Paytaxt komandası yanvarın 10-da "Qəbələ”, yanvarın 14-də isə "Keşlə” ilə qarşılaşacaq. Oyunların məkanı və başlama saatı haqda əlavə məlumat veriləcək.

Qeyd edək ki, təlim-məşq toplanışı yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol