Menu

Ağcabədidə yol qəzasında 19 yaşlı gəncin boynu sındı

27.12.2020, 23:31
Ağcabədidə yol qəzasında 19 yaşlı gəncin boynu sındı

Ağcabədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 2001-ci il təvəllüdlü Heydərov İzzət Polad oğlunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyət ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirib, müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol