Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan ilə müharibədə (İkinci Qarabağ müharibəsi – Red) erməni tərəfinin məğlubiyyətinin səbəblərini başa düşmək lazımdır.
“Report”un məlumatına görə, bu barədə Nikol Paşinyan Ermənistanın “İctimai” televiziyasında müsahibəsində bildirib.
“Bu məğlubiyyətin səbəblərini başa düşmək çox vacibdir. Müharibə ilə bağlı bütün həqiqəti ortaya qoymağı özümə borc bilirəm”- Paşinyan bildirib.
“İki gün əvvəl könüllülərlə danışdım. Bir dəstə necə silah almağa çalışdıqlarını izah ediblər. Onlara silah verməkdən imtina edən konkret şəxsin adını çəkiblər. Silahlanmaq üçün anbar qapılarını sındırmağa məcbur olublar, anbarın silah və sursatla dolu olduğunu görüblər. Bu təsdiqlənərsə, bu məğlubiyyətin səbəblərindən biri ola bilər”, - deyə, o əlavə edib.
Paşinyan həmçinin, bu ifadələrin düzgünlüyünə tam inanmadığını deyib:
“Bir şeyə əmin olmalıyam: anbar dolu idi və insanlara silah verilmədi. Bu müharibə ilə bağlı bütün həqiqətlər açıqlanmalıdır. Bəlkə də nə isə düz deyilmir. Xüsusi adlar səslənir, bəlkə də yalandır, bilmirəm. Buna aydınlıq gətirilməlidir. Çünki, müxalifətlə əlaqəsi olan insanlar var”.


Şərhlər
biz dua etməliyik ki Pşinyan getməsin.Qoyun erməni xalqı 30 ildən sonra başa düşəcək və bu Paşinyana heykəl qoyacaqlar.Zori Yalayanı isə erməni xalqının düşməni elan edəcəklər. Ağıllı olun ay Ermənilər.
Paşik,məğlubiyyətin səbəbi Azərbaycan əsgərinin igidliyidir.Bu dəfə coşmuş əsgərlərimiz təkcə erməni ordusunu deyil,onun dayağı olan ikinci düşmən ordusunu--rus ordusunu da məğlub etdi.Bütün dünya bilir ki,döyüşlərdə uduzan kimi sivil əhaliyə atəş açan ancaq rus ordusudur.Rus hərbiçiləri bizi dayandırmaq üçün şəhər və rayonlarımızı raket atəşlərinə tutsalar da uğur qazana bilmədilər.
silahı ğoturub nəyi necə edəcəydilər..................
Salam, nese bu paşike simpatiyam var . Yaxşı adamdı töbe