“Rusiya hökuməti və Şimali Qafqaz respublikaları, Dağıstanla danışıqlar aparmaqla bu istiqamətlərdə iqtisadi fəallığı artıra bilərik”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, bu danışıqları aparmaqla Şimali Qafqaz regionu ilə iqtisadi münasibətləri daha da gücləndirmək mümkündür.
Hərbçilərin əməkhaqqının artırılmasının vacibliyini qeyd edən deputat siyasi partiyalara ayrılan vəsaitlərin də artırılmasını təklif edib.
O, Quba-Şamaxı yolu, Ağsu yolları ilə bağlı məsələnin də həllini tapmalı olduğunu söyləyib: “Ağsuda meşə yanğınları oldu. Hökumətdən xahiş edirəm ki, bu istiqamətə də vəsait ayrılsın və meşə massivi bərpa edilsin”.


Şərhlər
Bu deputat haradan gelib,ne isteyir ozude bilmir,men bir vetandas kimi bu sexsi tanimiram,tanyan varsa serh yazsin!Rusiyanin iqtisadiyati alt-ust olub,ne iqtisadiyyat?hansi iqtisadiyyat,iqtisadiyyat sozu nedir?bisirlesi seydirmi?Deputatlarin hamisi bir nefer kimi,ALI BAS KOMANDANIMIZIN etrafinda birlesmelidirler!!!Biz TURKIYE ile iqtisadi,herbi ve butun sahelerde birlesib harekat etmeliyik!!!Ali Bas Komandanimiz Boyuk Turkuye ile,yeni R.T.Erdoqanla birdir!!!Deputatlara dusen,I.Eliyev canablarinin,hansi olke ile yol getdiyini,desteklemekdir!!! Yoxsa,milli mecilis buraxilmali ve deputatlar hamisi kent teserrufatinda