Menu

Yol qəzalarında 9 nəfər ölüb

28.12.2020, 12:02
Yol qəzalarında 9 nəfər ölüb

Həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 26-27-də törədilən 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 105 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol