Menu

Bəzi hərbçilərin usaqlarına muavinətin verilməsi ilə bağlı layihə II oxunuşdan keçdi

28.12.2020, 12:53
Bəzi hərbçilərin usaqlarına muavinətin verilməsi ilə bağlı layihə II oxunuşdan keçdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Qanuna daha bir dəyişikliklə isə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Şərhlər

t.ədalət 2020-12-28 13:05:25

Yayda ağacı sulayıb,sonra da sulamağı dayandırmaq onu məhv etməklə sonuclanır.Müddətli hərbi qulluqçuların uşaqlarına müvəqqəti sosial ödəniş etmək,sonra da onu dayandırmaq eyni ilə ağacın suyunu dayandırmağa bənzəyir.Yazıq hərbiçi tərxis olunduqdan sonra bu işsiz ölkəmizdə həmin ödənişin yerini nə ilə dolduracaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol