Türkiyə Yunanıstanı Şərqi Aralıq dənizində gərginliyi artırmaqda günahlandırıb və xəbərdarlıq edib ki, Türkiyəyə qarşı dura biləcək həddə qədər öz hərbi gücünü artırmaq istiqamətində Afinanın planlarının reallaşdırılması mümkünsüzdür.
Belə bəyanatla ötən həftə Liviyaya səfəri zamanı Türkiyənin müdafiə naziri Hulusi Akar çıxış edib. Bu barədə dekabrın 27-də Yunanıstanın «Kathimerini» qəzeti xəbər verib.
«Biz, hamımız Yunanıstan iqtisadiyyatının vəziyyətini bilirik. Onların problemləri var. Problemlərə baxmayaraq, onlar qida, paltar və hər bir Yunanıstan vətəndaşının əmək haqqının ixtisarı hesabına yenidən silahlanma kampaniyasına başlayıblar. İstədiyiniz qədər təyyarə, sualtı qayıq, gəmi alın. Onsuz da onlar sizə bəs etməyəcək. Onlar yetərli deyil» - deyə, türk nazir Liviya paytaxtında bildirib.
Hulusi Akar növbəti dəfə Afinanı tənqid atəşinə tutub və bildirib ki, «bizim yunan qonşularımız təxribatçı işlər görürlər, təxribatçı addımlar atırlar və bölgədə gərginliyi artırırlar».
«Və onlar elədiklərini gizlədirlər. Onlar bizim dialoq səylərimizi gizlədirlər. Bu səylər beynəlxalq hüquqa uyğundur» - Akar əlavə edib.
AzPlolitka.info


Şərhlər