Menu

Türkiyə ordusu PKK-nın 8 terrorçusunu məhv edib

28.12.2020, 22:49
Türkiyə ordusu PKK-nın 8 terrorçusunu məhv edib

Türkiyə ordusunun Hərbi Hava Qüvvələri İraqda PKK terror qruplaşmasının 8 silahlısını zərərsizləşdirib. “Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində bildirilir.

“İraqın şimalındakı Avaşin Basyan bölgəsində kəşfiyyat və müşahidə ilə müəyyənləşdirilən PKK-nın 8 terrorçusu hərbi hava əməliyyatı ilə zərərsizləşdirildi. Əməliyyatlar sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam etdiriləcək”, - nazirliyin açıqlamasında bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol