Türkiyədə son sutka ərzində daha 257 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 15 197 yeni yoluxma qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 20 135, virusa yoluxanların sayı isə 2 162 775 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 037 433 pasiyent sağalaraq evə buraxılıb.


Şərhlər