Menu

Rusiya sülhməramlıları Xocavənddə baş verənlərdən xəbərsizdir? - İnformasiyanı yoxlayacaqlar...

29.12.2020, 00:55
Rusiya sülhməramlıları Xocavənddə baş verənlərdən xəbərsizdir? - İnformasiyanı yoxlayacaqlar...

Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları Xocavənd (Hadrut) ərazisində atışmanın baş verməsi haqqında informasiyanı yoxlayacaqlar.  “Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, hazırda atəşin dayandırılmasının rejiminə bütün təmas xətti üzrə riayət edilir.

Tərəflər üzrə barışıq mərkəzi 27 dekabr 2020-ci il tarixdə Tuğ ərazisində avtomat silahların istifadə barədə məlumatları yoxlayır.

Nazirlikdə xatırladıblar ki, dekabrın 28-də əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Rusiyanın Kosmik Hava Qüvvələrinin helikopteri ilə iki əsir Bakıya çatdırılıb. Həmçinin Ermənistana dörd əsir qaytarılıb.

Qeyd edək ki, Rusiya sülhməramlılarının baş verənlərdən xəbərsiz olması və ya özlərini belə göstərməsi onların üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bir daha nümayiş etdirir. 

"AzPolitika.info"

Şərhlər

Özgür 2020-12-29 15:12:33

"yazıq"urusun heç nədən xəbəri yoxdu, onlar qoyun dərisi geyinmiş canavarlardır. Nə işiniz var qoyun otlasınlar "qoyunlar"

Shahin 2020-12-29 10:11:03

Sulhmeramlilar bizde sir qoymadi. Onlarin herbi texnikalari belke keshfiyyat aparir. Bu ruslar bizden elceken deyil, ermeni bunun yaninda yene cugsuz bir varliqlardir, baxmayaraq bizim ebedi dushmenlerimizdir.

RT 2020-12-29 07:16:24

Hara baxir XIN ???? susuruq bunnarda ne isteyir edirler !!! Sûlerem rusdarin ishi qûcû ora ermeni dashimaqdi yedizdirib icizdirmekdi !!! Yanilmaram yazsam ki silahlandirirlar qiydirme rejimin ordusunu !!! Yatiruqaaaa biz bilesiz !!!!

RT 2020-12-29 07:13:21

Ermeni ( beynen qelin ) Kelbecerde qelir kilseye ( topaynan ) ermeni keshishi onnara xeyir dua verir . Nece qelirler oara ? rusun kômeyi ile. Bu biyabrciliqdi . Rus qelib kelbecerde bize aid olan mebedi qoruyur . En azinnan shehidlerimizin ruhuna hôrmetsizlikdi !!!

t.ədalət 2020-12-29 06:39:40

Krılov "Qurd və quzu" təmsilini yazanda rus yekəbaşlığını əsas götürmüşdü."Suyu bulandıranın" Rusiya olduğu şəksizdir.İnformasiya öyrənmək,filan rusların köhnə oyunlarıdır.Tabasaranetsin sifəti də onun kimliyini göstərir.

Xalq 2020-12-29 01:59:12

bu artistliyiniz bilirik nə üçündür! ordunun sayını artırmaq istəyirsən alçaq? Bu keçməz, hətta mənim kimi siyasətdən uzaq bir adam bilir sənin istəyini. Arzun ürəyində qalacaq inşaallah!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol