Menu

"İran Ermənistanla əməkdaşlığı genişləndirməyə hazırdır" - Əli Şamxani

29.12.2020, 10:32
"İran Ermənistanla əməkdaşlığı genişləndirməyə hazırdır" - Əli Şamxani

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Ermənistan səfiri Artaşes Tumanyanla görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Ermənistan səfiri Ə. Şamxaniyə Ermənistan və Dağlıq Qarabağda mövcud vəziyyət, eyni zamanda bölgədə cərəyan edən proseslər barədə məlumat verib.

Stabil və davamlı sülhün bərqərar olması üçün İran İslam Respublikasının mövqeyini vurğulayan Ə. Şamxani, İranla Ermənistan arasında, xüsusən də bu ölkədə yaranan çətin şəraitdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib.

Şərhlər

Roma 2020-12-29 11:13:25

Bu da Müsəlman dövləti İran, erməniylə dostluq edir, əlində imkan olsa bizim dövlətçiliyimizin axırına çıxar. Bir sözlə bizə düşmən ölkə...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol