Menu

"Ermənilər hərbçimizin nəşini yandırmaqla humanitar hüququ kobud şəkildə pozub" - Ombudsman Aparatı

29.12.2020, 18:38
"Ermənilər hərbçimizin nəşini yandırmaqla humanitar hüququ kobud şəkildə pozub" - Ombudsman Aparatı

Əsir götürülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb. Həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Yayılan materiallardan aydın görünür ki, Ermənistan tərəfi azərbaycanlı hərbçinin cəsədini yandıraraq qeyri-insani formada təhqir etməklə iştirakçısı olduğu Cenevrə Konvensiyalarının və digər humanitar hüquq normalarının tələblərini hələ də kobud şəkildə pozmaqda davam edir. Hesab edirik ki, Ermənistan hərbçiləri azərbaycanlı hərbi qulluqçunu onun cəsədi üzərində həyata keçirdikləri qeyri-insani və mənfur əməlləri gizlətmək məqsədilə yandırıb.

Halbuki, Ermənistan Hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına qoşulmaqla öz üzərinə hərbi əsirlərlə hər zaman humanist rəftar etmək öhdəliyini götürüb.

Eyni zamanda Cenevrə Konvensiyalarına əsasən həlak olan şəxslər öz dini adət-ənənələrinə uyğun olaraq dəfn edilməlidir. Bu baxımdan qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin dəstələri tərəfindən törədilmiş bu cinayət əməlini qəti şəkildə pisləyir və beynəlxalq təşkilatları insan hüquqlarının kobud pozulmasına səbəb olan bu kimi qeyri-insani hərəkətlərə göz yummamağa çağırırıq.

Şərhlər

vetendash 2020-12-30 02:25:11

Siz mushahide edin. sesiniz chixmasin..

Özgür 2020-12-30 00:08:20

niyə anti-terror əməliyyatları aparılmır? Meşələrdə o qədər Laçından rus "sülhməramlıları təfindən buraxılan erməni var ki.

Sadiq 2020-12-29 21:18:53

İş görmek lazımdır. Sadece quru melumat vermekle vazifelerini bitmiş sayirlar. Çok zeif iş aparirlar, heç bir işi sona çatdirmirlar

Vətəndaş 2020-12-29 20:13:25

Ay ambudsman,belə faktları bizə niyə söyləyirsiniz,bir az ciddi və aktiv olun,sənəd və sübutla müvafiq beyməlxalq institutlara məlumat verməli və cavab (nəticə) istəməli və buna nail olmalı deyilsinizmi? Bunu etmirsinizsə onda sizin qurum nəyə gərəkdir?

Xalq 2020-12-29 19:47:36

bir quru bəyanatla işinizi bitmiş hesab edirsiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol