Menu

Zəngilanda körpünün altından partlayıcı qurğu tapıldı - FOTOLAR (Yenilənib)

29.12.2020, 22:23
Zəngilanda körpünün altından partlayıcı qurğu tapıldı - FOTOLAR (Yenilənib)

Dekbarın 29-u saat 10:00 radələrində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Zəngilan rayonu Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı maddənin qoyulması barədə məlumat daxil olub. Bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, daxil olan məlumata əsasən Agentliyin xüsusi mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı kənd ərazisində olan körpünün altında düşmən tərəfindən qoyulan partlayıcı qurğu (tərkibi: 158 kq plastik partlayıcı maddə, 125 kq amonium-nitrat tərkibli partlayıcı, 4 ədəd elektrik detonatoru və 30 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.

"Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən düşmən işğalından azad olunmuş rayonlarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri davam etdirilir", ANAMA-dan bildirilib..

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol