“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 gündə dastan sayılacaq qələbə qazandınız. Azərbaycan Ordusunu Dağlıq Qarabağvə digər işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda mübarizədə qazandıqları qələbəyə görə təbrik edirəm".
"Report" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərə xitabında deyib.
“Bu qələbə bizi azərbaycanlı qardaşlarımız qədər sevindirdi və qürurlandırdı. Qardaş Azərbaycan Qafqaz İslam Ordusunu dualar və sevinc göz yaşları ilə qarşıladığı kimi, Türk Silahlı Qüvvələrini də dekabrın 10-da eyni həyəcanla qarşıladı”, - o bildirib.
Ərdoğan Vətən müharibəsi şəhidlərinə Allahdan rəhmət diləyərək Bakının 102 il əvvəl işğaldan azad edilməsində əldə olunan birliyi və həmrəyliyi xatırladıb.
"Azərbaycanı bütün beynəlxalq platformalarda dəstəkləyirik" - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.
O, Türkiyə ilə Azərbaycanın “Bir millət, iki dövlət” yanaşmasını, qəlblərinin bir-birinə bağlı olduğunu bildirib: "Türk hərbçilərin Azərbaycanda varlığı ölkələrimiz arasındakı münasibətlərin gəldiyi nöqtəni göstərən bir şərəf əlamətidir. Azərbaycanla Ermənistan arasında atəşkəsin tətbiq olunmasını izləmək üçün bölgədə xidmət edəcək dəyərli əsgərlərimizə uğurlar arzulayıram. Atəşkəsə riayət etmək üçün qurulacaq mərkəzin ən qısa müddətdə işə düşəcəyini ümid edirəm.
Atəşkəsi pozmağa cəhd göstərən erməni qüvvələrinə bir an əvvəl bu səhv yoldan qayıtmağı tövsiyə edirəm. Keçmişi şan və şərəflə dolu olan Türkiyə ordusu bu gün üç qitədə xidmətinə davam edəcək. Mən ölsəm, şəhid olsam, türk əsgəri bütün dünyada və Azərbaycanda ona verilən vəzifəni yerinə yetirəcək. Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün mübarizə aparan bütün əsgərlərimizə uğurlar arzulayıram. Rəbbim bizim köməyimiz olsun. Azərbaycandakı dəyərli əsgərlərimizi bir daha ürəkdən təbrik edirəm və sizi Yeni il münasibətilə təbrik edirəm".

Şərhlər
REIS R.T.ERDOQAN,neinki Dunya Muselmanlarinin ve BOYUK TURK DUNYASININ ,elede DUNYANIN LIDERIDIR!!!ALLAH CAN SAQLIQI VERSIN!!!TEZLIKLE TURANI ELAN ETSIN, RAHATLASAQ!!!
ALLAH QORUSUN SİZLƏRİ--ANCAQ BU QƏDƏR Kİ BİRBİRİNİZİ TƏRİFLƏYİRSİNİZ Putində birtərəfdən tərifləyir mən şübhələnirəm-ALLAHA TƏVƏKKÜL
ƏZİZ QARDAŞLARIMIZ XOŞ GƏLMİSİNİZ,SƏFA GƏTİRMİSİNİZ.TÜRK XALQI XÖŞBƏXT XALQDIR Kİ.HÖRMƏTLİ RƏCƏB TAİB ƏRDOĞAN KİMİ RƏHBƏRİ VAR.RƏCƏB TAİB ƏRDOĞANIN BİZİM ÜÇÜN ETDİKLƏRİNİ HEÇ VAXT UNUTMAYACAĞIQ.NECƏKİ.NURU PAŞANI.ƏNVƏR PAŞANI UNUTMURUQ.HÖRMƏTLİ RƏCƏB TAİB ƏRDOĞANIN ÇIXIŞI MƏNİ KÖVRƏTDİ,HƏM DƏ QURURLANDIRDI.YAŞASIN AZƏRBAYCA
“Mən ölsəm, şəhid olsam, türk əsgəri bütün dünyada və Azərbaycanda ona verilən vəzifəni yerinə yetirəcək”. Bu sözləri yalnız qanı bir, canı bir İnsan deyə bilər. Bəli, bu gün qardaş Türkiyə nəinki Qafqazda, dünya xəritəsində söz sahibinə çevrilib və mən şəxsən bununla qürur duyuram. Hər birimizin xatirinə ötən əsrin əvvəllərində qardaş Azərbaycana kömək məqsədilə gəlmiş Nuru paşa yada düşür. Nuru paşaya və Azərbaycanda uyuyan türk şəhidlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. Bakı-Şamaxı yolunda yerləşən türk qardaşlarımızın məzarına yol üstü baş çəkib onların xatirəsini yad etmək hər bir Azərbaycanlının müqəddəs borcudur. Mən şəxsən Şamaxı istiqamətində gedərkən dayanıb onların məzarını ziyarət edirəm, uca Allahdan onlara rəhmət diləyirəm. Düşmən sakit durmağına baxmayın. O, məkrli planlarını hazırlayır, gözləmədiyimiz yerdən zərbə ala bilərik. Odur ki, kifayət qədər gözü açıq, ehtiyatlı olmalıyıq ki, bizim qardaşlıq münasibətlərimizə kölgə salınmasın. Aman günüdür buna yol vermək, ölümümüzə hökm oxumaq deməkdir. Qaldı Sayın Cumhurbaşqanımın dilə gətirdiyi fikirlərinə, Allah ona yar olsun, Allah onu qorusun, yaxşı ki, qardaş Türkiyə var.
Türk qardcşlarımıza mənim canım qurban. Bizim harayımlza həmişə onlar çatıblar.
Türk dünyasınının müasir peyğəmbəri ƏRDOĞANNNNNNNNNNNNNN
ALLAH qorusun Türkiyəni Türk qardaşlarımızı
Çox Sağ Ol!