Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılıb.
Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, I dərəcə əlilliyi olan şəxslərə verilən təqaüdün məbləği 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə verilən təqaüdün məbləği 230 manatdan 350 manatadək və III dərəcə əlilliyi olan şəxslərə verilən təqaüdün məbləği 210 manatdan 300 manatadək artılıb.
Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.


Şərhlər
Bunu yalniz algishlamaq olar, lakin muharibe ishtirakcisi olan birinci Qarabag muharibesinde ishtiraka gore verilen her ay 85 manat yardimla muharibede ishtirak etmeyen minlerle adamlar alir, onlarin hamsinin muharibede ishtirakini deqiqleshdirmek lazimdir. Olkenin bele cetin zamaninda dovletin pulunu goye sovurmaq olmaz, elecede yalandan elilik qurupasi duzeldib pensiya alan adamlarin sayi 10 minlerledir. Onlarinda hamisi yoxlanmalidir ve elilik verilesi xesteler bir yanda qalib kimi gorursen kullu miqdar rushvet vermekle elil pensiyasi alib, boyuk bizsesi olan insanlar var. Ele kendler varki, orada resmi olaraq 30 adam yashayi orada saysiz hesabsiz veziveler dashiyanlar var. Bu sahede yeniden islahat aparmaq lazimdir.
Sağ ol,Cənab Prezident!