İLHAM ƏLİYEV AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ - "Müharibə göstərdi kim kimdir, kim kimin dostudur" (TAM MƏTN + VİDEO)

"Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edi. Televiziya kanalları vasitəsilə yayımlanan müraciətdə deyilir:

Əziz həmvətənlər.

2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.

Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqlar gedirdi. Ancaq danışıqlar heç bir nəticə vermədi. Faktiki olaraq, Ermənistan bu danışıqlarda, sadəcə olaraq, vaxt uzatmaq istəyirdi. Danışıqların imitasiyası prosesi gedirdi. 2003-cü ildə mən birinci dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdim ki, mənim üçün Prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. 

Prezidentlik dövrümün birinci illərində müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Çünki hesab edirdim ki, beynəlxalq hüququn norma və prinsipləri gözəl zəmin yaradır, bilirdim ki, tarixi ədalət bizim tərəfimizdədir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün hüquqi əsas yaradırdı. Ancaq illər keçdikcə görürdüm ki, ümidlərimiz azalır və bunun səbəbi Ermənistanın fəaliyyəti idi, siyasəti idi, addımları idi. 

İllər keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni həll etmək istəmir. Ermənistan, sadəcə olaraq, bizim torpaqlarımızı işğal altında əbədi saxlamaq istəyir və danışıqlarda iştirak etməklə, sadəcə olaraq, görüntü yaradır ki, elə bil, danışıqlar prosesi gedir və beynəlxalq vasitəçilər də bu prosesdə iştirak edirlər. İllər keçdikcə ümidlərimiz azalırdı. 

Mən isə hər zaman deyirdim, son 17 il ərzində demək olar, bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir. 

Bütün bunları mən deyirdim və bu mövqe getdikcə daha da möhkəmlənirdi. Eyni zamanda, açıq görürdüm ki, əgər biz güclü olmasaq, əgər əlimizdə güc olmasa, bu məsələni həll edə bilmərik. 

Biz birinci Qarabağ müharibəsində torpaqlarımızı nə üçün itirdik? Ona görə ki, o vaxtkı Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmirdi. 1992-ci ildə Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı və ondan sonra digər torpaqların işğalı qaçılmaz idi. Ordumuz demək olar ki, dağılmışdı, nizami ordu yaradılmamışdı, cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı.

Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır. Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi. Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil.

İqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi, daha da cəsarətli siyasət aparıldı, müstəqil siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir və Vətən müharibəsi bir daha onu göstərdi. Bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etmişik və ondan sonra Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik.

Güc toplamaq üçün əlbəttə ki, düzgün siyasət aparılmalıdır. Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi – güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!

Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir. Eyni zamanda, biz öz siyasətimizlə Ermənistanı zəiflətməli idik və bunu gizlətmirdik. Mən bunu təkcə bu gün demirəm, 10 il bundan əvvəl demişdim, nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistanı bütün layihələrdən, bütün regional təşəbbüslərdən məhrum edəcəyik, onları təcrid edəcəyik və bunu etdik. 

Baxın indi Avrasiyanın enerji, nəqliyyat, kommunikasiya xəritələrinə, ölkələri birləşdirən bütün o yollar, ölkələr üçün böyük fayda gətirən layihələr Ermənistandan yan keçib. Kim bunu edib? Biz, təzyiqlərə baxmayaraq. Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, hətta Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Sanki biz təbiəti burada çirkləndiririk, ekoloji tarazlığa ziyan vururuq. Nə üçün? Çünki bu layihəni dayandırmaq, yaxud da ki, bu layihəni Ermənistan ərazisindən həyata keçirmək üçün. O təqdirdə bizim əl-qolumuz bağlı olacaqdı, bizim bütün neft və ondan sonra qaz ixracımız Ermənistanın əlində olacaqdı. Mən buna razı ola bilərdim? Əlbəttə ki, yox! Ona görə də təzyiqlərə məruz qalırdım. Bəzi ölkələrin istəklərini yerə vururdum. Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə, bütün şər-böhtana, bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi - güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etmək!

Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə etdik və bütün bu yollar ictimaiyyətə təqdim edilirdi. Biz heç nəyi hansısa məxfi formatda etməmişdik. Demişdim ki, təcrid edəcəyik, etdik, neft kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistandan yan keçdi, telekommunikasiya xətləri Ermənistandan yan keçdi, elektroenergetika layihələri Ermənistandan yan keçdi. Ermənistan mümkün olan gəlirlərdən məhrum edildi.

Digər tərəfdən, Ermənistanı beynəlxalq arenada ifşa etmək, onların işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq başlıca vəzifələrimizdən biri idi və buna nail olduq. Son 17 il ərzində demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar, qətnamələr qəbul ediblər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər.

Biz Qoşulmama Hərəkatına üzv olduq. Yadımdadır, o vaxt bəziləri bunu səhv addım kimi qiymətləndirirdi. Ancaq mən bilirəm ki, bu, düzgün addım idi. Üzv olan kimi, dərhal 120 ölkənin dəstəyi ilə münaqişəyə dair qətnamə qəbul etdirdik - bizim maraqlarımıza xidmət edən qətnaməni. Bu gün Qoşulmama Hərəkatının sədri kimi öz sözümüzü dünya miqyasında deyirik. Onu da bir daha demək istəyirəm ki, müharibə zamanı BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı bizə sərf etməyən qərəzli anti-Azərbaycan təşəbbüslərinin qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv ölkələr öz sözünü dedi. Bu təşəbbüs baş tutmadı.

Biz İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr qurduq. Tarixdə bu gün bu əlaqələr ən yüksək zirvədədir. İslam Əməkdaşlıq Təşkilatı bu münaqişə ilə bağlı düzgün, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən qətnamələr qəbul etdi. Biz müsəlman ölkələri ilə təmaslar əsnasında onlara erməni vəhşilikləri haqqında məlumat çatdırırdıq. Dağıdılmış, təhqir edilmiş məscidlərin şəkillərini mən öz həmkarlarıma göstərmişdim və sual verirdim ki, siz bundan sonra bu ölkə ilə necə əlaqələr qurursunuz? Bu şəkilləri görəndən sonra siz onlarla necə görüşürsünüz, onların əlini sıxırsınız? Axı, bütün bu vəhşiliklər təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı edilən cinayətdir.

Biz regionda qonşu ölkələrlə sıx münasibətlər qurduq. Çünki əvvəllər nədənsə hesab olunurdu ki, regionda Azərbaycanın ənənəvi müttəfiqləri var və Ermənistanın ənənəvi müttəfiqləri var. Biz bu konsepsiyanı darmadağın etdik. Bu gün qonşularımızın hamısı bizim yaxın dostlarımızdır. Bizim bütün qonşularımızla həm ikitərəfli, həm üçtərəfli formatda çox gözəl əməkdaşlığımız var. 

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı var, Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı var, Azərbaycan-İran-Rusiya üçtərəfli formatı var. Ermənistanın hər hansı ölkələrlə bu formatı varmı? Yoxdur. Bu, bizim siyasətimizin düzgün olmasının bariz nümunəsidir. Biz Ermənistanı onların uzun illər saydıqları dayaq nöqtələrindən məhrum etdik. Çünki siyasətimizi düzgün qurmuşuq. Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir.

Ona görə, bütün bu amillər öz rolunu oynadı. Ermənistanın təqdim etdiyi saxta tarixi darmadağın etmişik, beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə Kürəkçay sülh müqaviləsi haqqında kifayət qədər dolğun məlumat vermişik. Hər kəs gördü ki, erməni xalqı Qarabağ bölgəsində, sadəcə olaraq, son 200 il ərzində yaşayır, oraya köçürülüblər

Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq və çatdırırıq. Xocalı haqqında son 17 ilə qədər kimsə danışırdı? Sanki belə bir cinayət olmayıb. Sanki bu soyqırımı olmayıb. Çünki Ermənistan bunu ört-basdır etməyə çalışırdı. Hətta bu hərbi cinayəti Azərbaycanın üstünə atmaq istəyir. Necə ki, Vətən müharibəsi dövründə Gəncəni və digər şəhərləri Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutandan sonra deyirdi ki, Azərbaycan bunu özü edib. Belə həyasız ölkə ola bilərmi? Belə vicdansız adamlar ola bilərmi? Görünür ki, ola bilər. Bu da Ermənistandır. Ona görə, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük səylər göstərdik - həm dövlət, həm Heydər Əliyev Fondu. Bu gün 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyıb. Müharibə haqqında həqiqətləri, dağıdılmış şəhərlər, kəndlər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq. Halbuki bizim o kəndlərə, şəhərlərə getmək imkanımız yox idi. Heç bir beynəlxalq təşkilat oraya getmirdi. UNESCO, hansı ki, bu gün bizə irad tutmağa çalışır, guya biz erməni dini abidələrini burada qoruya bilməyəcəyik. Halbuki bu, yalandır. Azərbaycanda bütün dinlərin abidələri qorunur. Bir dəfə gedib o torpaqlara? Bir dəfə Şuşa məscidində olub? Zəngilanda dağıdılmış məsciddə olub? Ağdam məscidində olub? Orada ermənilər donuz, inək saxlayırdılar. İndi bizə irad tuturlar.

Ermənistan oralara heç kimi buraxmırdı, heç kimi. Hətta Minsk qrupuna sədrlik edən ölkələrin səfirlərini buraxmırdı. Biz güc-bəla ilə iki dəfə nail olduq ki, Minsk qrupu işğal edilmiş torpaqlara faktaraşdırıcı missiya göndərsin. Sonuncu missiya on il bundan əvvəl getmişdi. Hər il mən bunlara deyirdim ki, niyə getmirsiniz? Gedin, oraya baxın, qanunsuz məskunlaşma gedir. Bizim bütün şəhərlərimiz, kəndlərimiz dağıdılır. Kəndlərimizin, şəhərlərimizin adları dəyişdirilir, tarixi abidələrimiz dağıdılır, yaxud da ki, erməniləşdirilir. Getmirdilər ki, Ermənistan buraxmır. Ermənistan kimdir ki, buraxmasın. Ona görə, bax, bütün bu işləri görərkən biz Qələbə günümüzü yaxınlaşdırırdıq. Əgər mənim əvvəlki çoxsaylı çıxışlarıma nəzər yetirsəniz, görərsiniz, demişdim ki, hər gün hər birimiz bu müqəddəs anı öz əməyimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırdıq, bu müqəddəs Qələbə anı gəldi.

Müharibənin qaçılmaz olması ilə bağlı artıq neçə ildir ki, regionun işləri ilə məşğul olan müxtəlif ekspertlər öz fikirlərini ifadə edirlər. Eyni zamanda, bütün bu illər ərzində bizə ünvanlanan sifarişlər arasında, necə deyərlər, bir tezis üstünlük təşkil edirdi ki, münaqişənin hərbi həlli yoxdur. Kimsə bunu ortalığa atıb. Mən təxminən bilirəm kim. Bütün başqa təşkilatlar, bu işə aidiyyəti olan - olmayan, bölgə məsələləri ilə məşğul olan – olmayan, hamı elə bir ağızdan deyirdi ki, münaqişənin hərbi həlli yoxdur.

Mən son illər ərzində bir çox ölkələrdə rəsmi səfərlərdə olmuşam - əlbəttə ki, həm bölgə ölkələrində və başqa ölkələrdə. Bütün bu səfərlər işıqlandırılıb. Bir çox hallarda heç bölgə ilə, bizim regionumuzla əlaqəsi olmayan hansısa həmkarım deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Sən haradan bilirsən? Deyiblər ki, bax, bunu deməlisən İlham Əliyevə, müxtəlif dairələr deyiblər. Dünya idarəetməsində fəal rol oynayan ölkələr, dairələr bunu deyirdilər, belə demək lazımdır ki, bizi bu yoldan çəkindirsinlər, heç vaxt bu olmasın. Status-kvo əbədi qalsın, dəyişdirilməsin. Halbuki, bəzən də deyirdilər ki, status-kvo qəbuledilməzdir. Amma sonra bundan da, necə deyərlər, vaz keçdilər. Başladılar deməyə ki, status-kvo dayanıqlı deyil. Deməli, qəbulediləndir. Amma bizim üçün qəbuledilən deyildi. 

Biz Ermənistan, onun havadarları, onun himayədarları və ermənipərəst qüvvələr qarşısına təkbaşına çıxmışdıq. Təkbaşına! Heç kimi bizi bizə sərf etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Bir neçə dəfə, hətta müəyyən saxtakarlıq edərək sənədlərin tərtibatında guya səhvlər olub deyə bizi hansısa varianta təhrik etməyə, sövq etməyə çalışırdılar. Amma keçmədi, keçməyəcəkdi. Çünki güclü iradə var idi və var. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Torpaqlarımızın işğaldan azad edilməsi ən başlıca vəzifə idi və biz bu vəzifəyə, bu hədəfə doğru inamla addımlayırdıq.

Son illərdə vəziyyət gərginləşməyə başlamışdı. Artıq Ermənistan da öz niyyətini gizlədə bilmirdi. Çünki danışıqların mənası artıq faktiki olaraq itmişdi və təkcə bu son iki il ərzində yox, təqribən 5-6 il ərzində. Ermənistan işğal edilmiş torpaqlarda müntəzəm olaraq hərbi təlimlər keçirirdi. O hərbi təlimlər Ağdam rayonu ərazisində keçirilirdi. Ermənistan rəhbərliyinin sözlərinə görə, bu təlimlərdə 10 minlərlə canlı qüvvə iştirak edirdi. Bizim mövqelərimizə qarşı hücum təşkil edilirdi. Hərbi vertolyot hücum etmişdi və o vertolyot vuruldu. Bu da Ermənistana imkan verdi ki, bunu bəhanə gətirərək desin, bəli, Azərbaycan bizim vertolyotumuzu vurdu, indi danışıqlar dayanmalıdır. Hər dəfə müəyyən irəliləyişə imkan yarandıqca, belə təxribatlara əl atırdılar.

Aprel döyüşləri Ermənistana dərs olmadı. Bir neçə gün davam edən Aprel döyüşləri kiçik də olsa, bizim qələbəmizlə nəticələndi. Ermənistan məcbur oldu, yerinə oturduldu, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik, göstərdik ki, bizi heç kim və heç nə yolumuzdan döndərə bilməz, çəkindirə bilməz. Amma dərs olmadı onlara. Aprel döyüşlərindən sonra Ermənistanın o vaxtkı rəhbərliyi demək olar, söz vermişdi ki, işğal edilmiş torpaqlardan çıxacaq. Bu, həqiqətdir. Amma sonra orada ya özləri təşkil etmişdilər, ya doğrudan da belə hadisə baş verdi, polis bölməsi zəbt edildi, terrorçu qrup orada terror aktı törətdi və ondan sonra Ermənistan rəhbərliyi dedi ki, görürsünüz, burada vəziyyət gərgindir, biz bunu edə bilmirik. Bizi aldatdılar. 2018-ci ildə Günnüt əməliyyatı - Naxçıvan əməliyyatı da bizim uğurlu əməliyyatımız idi. Biz böyük ərazini götürdük, işğaldan azad etdik və strateji yüksəklikləri zəbt etdik. Yenə də dərs olmadı. Yəni, biz onlara şans verirdik. 2018-ci ildə Ermənistanda, - indi bəziləri buna inqilab deyir, bəziləri çevriliş deyir, özləri bilərlər, - dəyişiklik baş verdi, ümidlər oyandı və bu ümidlər əsassız deyildi. Mən dərinə getmək istəmirəm. 

Biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi. Demək olar ki, bir ildən sonra bizə qarşı qəbuledilməz addımlar atıldı, bizi faktiki olaraq aldatdılar, öz daxili problemlərini həll etmək, daxili müxalifəti əzmək, həbs etmək üçün vaxt uddular. Ondan sonra nə oldu, Azərbaycan xalqı yaxşı bilir. Qəbuledilməz bəyanatlar, Azərbaycan xalqının təhqir edilməsi, yersiz hərəkətlər, biabırçı addımlar, bəyanatlar və təxribat xarakterli hərbi əməliyyatlar - iyul ayında, avqust ayında və nəhayət, sentyabrın 27-də. Mən dedim yetər artıq, irəli! 44 gün ərzində düşmənin ordusu məhv edildi. Bu gün Ermənistan ordusu yoxdur.

Müharibə dövründə mən əziz xalqımı müharibə ilə bağlı müntəzəm olaraq məlumatlandırırdım. Müharibənin gedişatı xalqımızın gözü qabağında keçirdi. Müharibədən sonra bəzi əməliyyatlar haqqında, bəzi qərarlar haqqında müəyyən məlumat da verilir. Bu məsələyə çox vaxt ayırmaq istəmirəm. Amma 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu.

Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq.

Azərbaycan Ermənistanı məğlub etdi. Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi. Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Hər il mən xalqa müraciət edərkən dünya azərbaycanlılarını bu gün münasibətilə və Yeni il münasibətilə təbrik edirəm. Bu dəfə isə bu təbrikin xüsusi önəmi var. Mən bilirəm ki, dünyada yaşayan azərbaycanlılar müharibə dövründə Azərbaycanda gedən prosesləri, müharibəni yaxından izləyiblər. Onlar öz dəstəyini ifadə edirdilər. Mənə göndərilən minlərlə məktub arasında xaricdə yaşayan azərbaycanlılardan da kifayət qədər çox məktublar vardır. Onlar həm mənəvi dəstək göstərdilər, həm də həmrəylik göstərdilər. Bu gün onlara müraciət edərək deyirəm, siz fəxr etməlisiniz və fəxr edə bilərsiniz ki, qəhrəman Azərbaycan xalqının övladlarısınız. Bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik.

Mən bütün soydaşlarımızı bu bayram münasibətilə təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını, ilk növbədə, tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm. Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!

Əziz bacı-qardaşlarım, sizi Yeni il münasibətilə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqını böyük Zəfər münasibətilə təbrik edirəm. İstərdim ki, Yeni il ərəfəsində hamımız birlikdə bizi Qələbəyə aparan şüarı deyək: Qarabağ Azərbaycandır!

Şərhlər

Vətəndaş-a yazana 2021-01-03 23:05:11

Biz milləti rus və fars parçalayıb bölüb işğal ediblər. Onlar necə bizə qardaş ola bilər? Biz onlardan yapışıb qardaş desək də onlar bizə qardaş olan deyillər. İndi tarixi şərait yaranıb onların işğalından qurtulmağa. Çalışıb qurtulmağa can atmalıyıq. Erməni isə onların dediklərini edir bu 200ildə bizə

Vətəndaş mövqeyi 2021-01-02 11:41:56

Təbii ki, hələ 1918 ci ildə yarananan Azərbaycan Cümuhürriyəti heç ətrafı məcbur etmədən öz ərazisində müstəqil dövlət kimi yaşamaq əzmində idi! Bu daha kiçik ərazidə olsa da Azərbaycan doğrudan da güclü inkişaf edib! Bakıda göydələnlər, Naxçıvanda fabriklər, sağa-sola xərclənən neft milyardları! Gündəlik su və ərzaqdan başlamış xarici asılılıqlarımız həll edilibmi? Hər kənd və qəsəbəmiz sərbəst dolana bilirmi? Tükənən Neft və qaz axınını iqtisadiyyatımızdan çıxanda hansı dünya reytinqində oluruq? Kremlin "HƏRBİ YARDIMI" suverenliyimizi necə müdafiə edir? Ya Ermənistanla milli tərkibcə STATUS_KVO nə vaxt tələb olunacaq?

VƏTƏNDAŞa 2021-01-02 11:07:34

Bu dünyada yaşamaq istəyirsənsə, ABŞ, Rusiya, ən az və geri cəmiyyətlərlə dost da yox, doğma qardaşlıq və mehriban qonşu münasibətində olmalısan! Öz haqqını da rəsmən tələb etməlisən? Daşnaqlar hərbi terrorla Qarabağda on min nəfərdən çox azərbaycanlını məhv edib? Bu günəcən tarixin bu ən vəhşi cinayətinə rəsmən neçə MƏHKƏMƏ iddiası qaldırılıb? Biz NECƏ, ÖLKƏmizdə elə "işləyirik" də?

Roma 2021-01-01 18:05:32

Kim, Kime xidmet etmelidir ?: Sizinlə tam razıyam...

Vətəndaş 2021-01-01 12:54:15

Rusiya,İran heç vaxt bizim dostumuz ola bilməz. Bunun sübuta ehtiyacı da yoxdur

Kim, Kime xidmet etmelidir ? 2021-01-01 01:28:59

...........Putini teriflemek olmaz, chunki, 44 gun, GENCE, TERTER, ve diger rayonlara, kendlere minlerle aqir artilleriya mermileri ateshine meruz qalan , qadaqan olunmush chox boyuk daqidici raketlerin zerbesi neticesinde, mulki insanlar helak oldular, chox sayli insanlar aqir xesaretler aldilar, yashayish binalari daqidildi, ushaqlarin valideyinleri helak oldular ve tam YETIM QALDILAR USHAQLAR, BUTUN BU HERBI CINAYETLERI TOREDEN RIYAKAR Putindir ve BU FAKTLARI UNUTMAQ OLMAZ, Putin MASKASINI DEYISHDI, 10 noyabrda, " sulhmeramli " kimi, TEQDIM ETDI Azerbaycan hokumetine ve RAZILIQ ALDI, rus qoshunlarinin Daqliq Qarabaq erazisini NEZARETE ALMASINA. Sual olunur : XALQ hokumete XIDMET EDIR, yaxud hokumet XALQA XIDMET EDIR ?????? Azerbaycan KONSTITUSIYASI TELEB EDIR ki, hokumet XALQA XIDMET ETMELIDIR ve XALQIN MILLI MARAQLARINI QORUMALIDIR, Azerbaycanin TAM ERAZI BUTOVLUYUNU DAIMA TEMIN ETMELIDIR !!!

Son yazılar


Новости

Обзор на FairPhone 3

Трудно не быть очарованным смартфоном, который поставляется с отверткой в коробке, особенно когда он такой же маленький и изящный, как тот, который поставляется с Fairphone 3 Plus. На самом деле это единственный аксессуар, который вы получаете вместе с телефоном. Там нет USB-кабеля, нет настенного зарядного устройства и определенно нет наушников в коробке. Эта маленькая отвертка является важным показателем того, что вы получаете с новейшим устройством от устойчивого производителя смартфонов Fairphone. Во-первых, телефон предназначен для того, чтобы быть как можно более ремонтопригодным. Это модернизированная версия прошлогоднего Fairphone 3, одного из двух устройств, получивших идеальную оценку ремонтопригодности от iFixit. Помимо ремонта, Fairphone также пытается использовать этические материалы там, где это возможно, и предлагает хорошие условия работы для людей, производящих его телефоны. Все это благородные цели, и трудно не желать успеха Fairphone. Но желание, чтобы производитель смартфонов добился успеха, означает, что его устройства соответствуют высоким стандартам, потому что именно так он может привлечь самую большую аудиторию и создать самый большой положительный эффект. Однако держать Fairphone 3 Plus в соответствии с этими более высокими стандартами может быть неприятно. При цене € 469 / £425 (Fairphone 3 Plus недоступен для покупки в США, но это примерно $550) он конкурирует по цене с такими моделями, как Pixel 4A (€349 / £349) и iPhone SE этого года (€489 / £399). Это переполненная ценовая точка, в которой Fairphone 3 Plus изо всех сил пытается быть конкурентоспособным. ОБЗОР OFFAIRPHONE 3 PLUS .РЕЗУЛЬТАТ 7 ИЗ 10 Плюсы Легкий для того чтобы отремонтировать Разъем для наушников Поставляется с крошечной отверткой Минусы Низкая производительность Иногда глючит программное обеспечение Так себе камера Прежде чем мы начнем говорить о самом телефоне, стоит немного поговорить о том, как он сделан. Во-первых, 40 процентов пластика, используемого в его конструкции, перерабатывается, как и некоторая часть меди. Он использует золото Снимите заднюю крышку телефона, и вы найдете съемный аккумулятор и набор легкодоступных винтов. Как только вы получите заднюю часть телефона, вы сможете увидеть все конструктивные особенности, которые способствовали этому идеальному показателю ремонтопригодности. Нет никакого неудобного клея или фирменных винтов, удерживающих телефон вместе, просто серия пластиковых застежек и стандартных винтов с крестообразной головкой. Это очаровательно в своей простоте,но это также делает устройство старомодным. По сравнению с большинством современных смартфонов Fairphone 3 Plus представляет собой громоздкую пластиковую плиту. У него большие толстые рамки над и под экраном, странно выступающий наушник и селфи-камера. Если вам нравится технология, которая выглядит как технология, то вы ее оцените, но она далеко не гладкая. Функционально эта конструкция также может быть немного неудобной. Я обнаружил, что Fairphone 3 Plus имеет раздражающую дизайнерскую причуду, когда расположение заднего датчика отпечатков пальцев находится слишком высоко на задней панели телефона, заставляя меня перенастроить захват, чтобы разблокировать телефон. Как правша, он также чувствовал себя немного странно, имея кнопки громкости и питания на левой стороне. С другой стороны, моя соседка-левша любила его. Делайте из этого что хотите. Есть задний датчик отпечатков пальцев,но он неудобно высоко. Да, там есть разъем для наушников. Если отбросить в сторону дизайнерские претензии, то остальная часть внешнего вида Fairphone 3 Plus ничем не примечательна. У него есть ЖК-дисплей 1080p, который не очень яркий с цветами, которые выглядят немного размытыми. Его единственный динамик средний, и, в отличие от многих других телефонов, он расположен на левой стороне устройства, а не внизу. Это место означало, что я случайно покрыл его немного меньше, когда держал телефон в альбомном положении, чтобы смотреть видео, но больше, когда держал его в портретном. Как бы то ни было, вы захотите использовать наушники здесь, так что, к счастью, есть 3,5-мм разъем для наушников, чтобы сделать это проще для вас. FAIRPHONE 3 PLUS НЕ ОЧЕНЬ БЫСТРЫЙ ТЕЛЕФОН С точки зрения производительности Fairphone 3 Plus пыхтит. Он работает на Snapdragon 632 с 4 ГБ оперативной памяти, что переводится в двухлетний чип с таким объемом оперативной памяти, который в наши дни сходит с рук только бюджетным телефонам Android. Заикание-это факт жизни с Fairphone 3 Plus, независимо от того, активируете ли Вы Google Assistant для выполнения быстрой задачи, переключаетесь между приложениями или открываете ящик приложений. Я также столкнулся с парой раздражающих ошибок во время работы с телефоном. Больше всего меня раздражало то, что я не мог найти способ импортировать свои контакты WhatsApp или резервную копию чата. Каждый раз, когда я пытался это сделать, приложение застревало в цикле загрузки, который не заканчивался даже после того, как я оставлял его работать в течение получаса. Я использую бета-версию WhatsApp для Android, но даже в этом случае я никогда не испытывал этого на других устройствах. После переключения Android на жестовую навигацию я также обнаружил, что элементы пользовательского интерфейса на главном экране будут перекрываться друг с другом. Это заставляет телефон чувствовать себя немного дешевым. Включите управление жестами, и элементы пользовательского интерфейса телефона иногда могут накладываться друг на друга. У Фэйрфона большие рамки. Время автономной работы Fairphone 3 Plus не является чем-то исключительным. В большинстве случаев я заканчиваю день примерно с 40 процентами заряда, но это я работаю из дома, поэтому я не занимаюсь чем-то таким интенсивным, как навигация. Время включения экрана сильно варьировалось между минимумом в три и максимумом в пять с половиной часов. При нормальном использовании, я думаю, что это телефон, который продержится примерно один день, но не намного больше. По крайней мере, часть этого устаревшего оборудования можно обвинить в том, что Fairphone 3 Plus по сути является тем же телефоном, что и прошлогодний Fairphone 3. Это сделано специально, поскольку это означает, что любые владельцы Fairphone 3, которые хотят воспользоваться модернизированными камерами Fairphone 3 Plus, могут купить их отдельно в качестве модулей обновления для своего существующего телефона, а не покупать совершенно новый телефон. Это интересный ответ на критику, с которой сталкиваются такие компании, как Apple, за выпуск новых телефонов каждый год, что, по мнению критиков, поощряет ненужные ежегодные обновления. Это замечательная конструктивная особенность, но она создает неудачные компромиссы для конечного устройства. FAIRPHONE 3 ВЛАДЕЛЬЦЫ МОГУТ ПОЛУЧИТЬ НОВЫЕ КАМЕРЫ, КАК ОБНОВИТЬ МОДУЛИ Эти конкретные обновления камеры в Fairphone 3 Plus сосредоточены на его новых датчиках с более высоким разрешением. Задняя камера увеличилась с 12 до 48 мегапикселей, в то время как селфи-камера теперь составляет 16 мегапикселей по сравнению с 8 мегапикселями в прошлом году. Вы по-прежнему получаете только одну заднюю камеру, но, учитывая, насколько низко разрешение и ненужно много вторичных камер, это, вероятно, приемлемый компромисс. Однако, несмотря на улучшение разрешения, общее качество фотографий, сделанных Fairphone 3 Plus, остается в порядке. Возможно, его цена не такая, как у флагмана, но он все равно стоит на 75 фунтов дороже, чем Pixel 4A, среднечастотный телефон, который предлагает очень схожую производительность со своими более дорогими братьями и сестрами. ВИД СЕТКИ 1 из 19 При дневном свете Fairphone 3 Plus имеет тенденцию производить детализированные изображения с большим контрастом. У них есть удар, но иногда это может происходить за счет теневых деталей, и изображения иногда могут выглядеть чрезмерно резкими. Эта комбинация может создать некоторые шумные фотографии. Это особенно заметно в условиях низкой освещенности, когда детали могут быть вытеснены из более темных областей изображения. Это означает, что когда все становится действительно темным, вы можете полностью потерять детали. Однако в целом мне понравились фотографии, которые я получил из селфи-камеры Fairphone 3 Plus. Несмотря на улучшения камеры, Fairphone 3 Plus по-прежнему предлагает среднюю камеру смартфона. Это прекрасно при дневном свете, но вы не получаете большой гибкости, а при слабом освещении изображения могут выглядеть зернистыми и лишенными деталей. Модернизированные модули камеры телефона обеспечивают только средние фотографии. Мне кажется неправильным критиковать Fairphone 3 Plus по тем же показателям, которые мы используем для ранжирования других смартфонов, потому что он прилагает такие усилия в областях, которые не интересуют многих других производителей. Это действительно замечательно, насколько легко разобрать этот телефон на части,и усилия Fairphone по этическому источнику его материалов должны быть одобрены. БЮДЖЕТНЫЙ ТЕЛЕФОН СО СРЕДНЕЙ ЦЕНОЙ Но все эти усилия, какими бы стоящими они ни были, имеют свою цену. С точки зрения устройства, которое находится в ваших руках в конце дня, вы платите больше за меньшую функциональность. Производительность может быть глючной и медленной, а время автономной работы и производительность камеры-средними. Это телефон с шармом, но он далек от стильного, гладкого или любого другого комплимента, который мы бросаем вокруг телефонов других производителей. Если вы кто-то, кто хочет более этичную и устойчивую альтернативу бюджетному устройству стоимостью 200 фунтов стерлингов, то Fairphone 3 Plus обеспечивает это. Он будет обслуживать ваши потребности так же, как и бюджетный смартфон в 2020 году, но с премией по цене, которая отражает его этические материалы и ремонтопригодность. Но не ожидайте, что это будет конкурировать с другими аналогичными по цене телефонами. Fairphone имеет разные приоритеты, и для того, чтобы купить один из его телефонов, вам нужно поделиться ими. СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ: FAIRPHONE 3 PLUS Каждое интеллектуальное устройство теперь требует от вас согласия на ряд условий, прежде чем вы сможете использовать его — контракты, которые никто на самом деле не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали точно подсчитывать, сколько раз вы должны нажать "согласен", чтобы использовать устройства, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Fairphone 3 Plus, вы должны согласиться: Условия предоставления услуг Google Условия предоставления услуг Google Play Политика конфиденциальности Google (включена в ToS) Установка приложений и обновлений: “вы соглашаетесь с тем, что это устройство также может автоматически загружать и устанавливать обновления и приложения от Google, вашего оператора связи и производителя вашего устройства, возможно, используя сотовые данные.” Следующие соглашения являются необязательными: Подписка на рассылку новостей Fairphone означает согласие с условиями предоставления услуг и политикой конфиденциальности Fairphone Анонимные данные о местоположении для сервисов Google "Разрешите приложениям и службам сканировать сети Wi-Fi и близлежащие устройства в любое время, даже когда Wi-Fi или Bluetooth выключены.” Отправляйте данные об использовании и диагностике в Google Кроме того, если вы хотите использовать Google Assistant, вы должны согласиться позволить Google собирать информацию о приложениях и контактную информацию с ваших устройств. Другие функции, такие как Google Pay, могут потребовать дополнительных соглашений. Окончательный итог: четыре обязательных соглашения и не менее пяти факультативных.

Обзор: Motorola razr 2020

Какую разницу дают нам 11 месяцев? Именно столько времени потребовалось Motorola, чтобы повторить оригинальный римейк Razr. За это время Motorola втиснула 5G и улучшила практически каждый аспект телефона. Практически каждый аспект оригинального Razr 2019 года нуждался в улучшении — это был беспорядок. Этот Razr 2020 года в порядке. Но при цене в 1399 долларов это также невероятно дорого по сравнению с любым другим не складывающимся телефоном с аналогичными возможностями. Стоит ли эта цена вообще того, зависит от того, сколько вы готовы отдать, чтобы иметь классный, вызывающий ностальгию флип-телефон со складным экраном. Новый Razr-классный телефон, в этом нет никаких сомнений. И теперь, когда он прошел минимальную планку удобства и качества, я в основном наслаждался его использованием. Но я бы не хотел платить за это. Обзор Motorola Razr: складные флип-флопы 6 ИЗ 10 Плюсы Это классный телефон-раскладушку Полезный внешний дисплей Минусы Дорогой Несогласованная камера Нечетное размещение отпечатков пальцев Не полностью устойчив к воде или пыли Купить за $1,399.99 от Motorola купить за $1,199.99 от лучших купить Razr кажется очень тонким, когда его открывают, но он не тоньше стандартного iPhone Razr кажется очень тонким, когда его открывают, но он не тоньше стандартного iPhone. ДИЗАЙН MOTOROLA RAZR (2020) MotorolaMotorola проделала большую работу, сохраняя классический внешний вид Razr с этой итерацией, вплоть до изогнутых краев и выступающего подбородка внизу. Когда он закрыт, это элегантная, красивая вещь. Открытый, он кажется тоньше, чем есть на самом деле — он примерно такой же толщины, как ваш стандартный iPhone, но общий дизайн имеет тот же дух Razr. Пластиковый экран тоже чувствует себя лучше, благодаря некоторым тонким изменениям в системе шарниров, которые делают его немного прочнее. В середине все еще есть какие-то странные выпуклости, но ни один складной телефон еще не придумал способа избежать этого. Это не самый красивый экран — при 876 х 2142 пикселях он имеет очень высокое соотношение сторон, а в целом его цвет и четкость выглядят средними. Razr складывается полностью ровно, без зазора, в отличие от Samsung Galaxy Z Flip. Шарнир на Razr 2020 года значительно улучшен, сохраняя при этом каплевидную складку. Датчик отпечатков пальцев находится на логотипе Moto на задней панели, но это оказывается неудобным местом для достижения. Motorola также добавила немного больше пружинистости флипу. Вполне возможно, чтобы перевернуть его открытым с одной стороны, но это требует некоторой практики. Как только вы поймете, как это сделать, это будет весело. Razr не может держать себя под таким углом, как Samsung Z Flip, но Z flip не так удовлетворяет, как физическая вещь. Я не хочу замалчивать тот факт, что иметь телефон, который складывается в тонкую, карманную форму, все еще невероятно. Я могу выйти с этой штукой в заднем кармане и не беспокоиться о том, что она застрянет или даже выпадет, когда я сижу (хотя сидеть прямо на ней, вероятно, не рекомендуется). Он просто помещается в карманах и сумках, где большие и высокие телефоны неудобны. Итак, коробка ностальгии проверена. Но это не было проблемой с оригинальной перезагрузкой Razr. Этот телефон 2019 года буквально скрипел и издавал скрежещущие звуки, когда вы его открывали. Этот-тихий и гладкий, за исключением слабого шипения пластикового экрана, скользящего на место, когда вы закрываете его. И в отличие от Samsung Galaxy Z Flip, он закрывается полностью без зазора, так как экран может образовывать каплю внутри самого шарнира. Razr выпускается в трех цветах: золотом, графитовом и серебряном. Задняя часть телефона-плоское стекло с изогнутыми краями, которое приятно на ощупь, но скользко, как и все выходы, и, как ни странно, под ним нет беспроводной зарядной катушки. Лучшее, что вы можете сделать,-это быстрая зарядка USB-C мощностью 15 Вт. Удивительно, но моя главная жалоба на аппаратное обеспечение не имеет никакого отношения ни к шарниру, ни к экрану, а к расположению датчика отпечатков пальцев. Теперь на спине, скрытая в логотипе Моторолы. Оказывается, это неудобное место, прямо посередине телефона, когда он открыт. Это не требует искажений, чтобы достичь его, но это заставляет вас чувствовать себя целым дополнительным шагом. Дисплей быстрого просмотра Razr очень удобен. ПРОИЗВОДИТЕЛЬНОСТЬ И ПРОГРАММНОЕ ОБЕСПЕЧЕНИЕ MOTOROLA RAZR (2020) Нога вверх, которую Razr имеет над другим флип-телефоном на рынке, Samsung Z Flip, - это тот большой дисплей на внешней стороне телефона. Motorola называет его дисплеем "быстрого просмотра", и у него есть несколько функций, которые действительно полезны, но иногда он немного глючит. У него есть два состояния. Большую часть времени он находится в заблокированном режиме, где вы можете долго нажимать значки, чтобы вызвать предварительный просмотр, а затем провести пальцем вверх, чтобы увидеть еще больше предварительных просмотров. Но настоящий ход-это разблокировать телефон, когда он закрыт. Тогда у вас будет доступ к полному интерфейсу Android для уведомлений (включая ответы), видоискателю камеры и даже пусковой установке приложений. ВНУТРИ RAZR НЕ ТАК МНОГО МЕСТА ДЛЯ БОЛЬШОЙ БАТАРЕИ, НО ПРИ НЕКОТОРОЙ ОСТОРОЖНОСТИ ВЫ МОЖЕТЕ ПРОДЕРЖАТЬСЯ ЦЕЛЫЙ ДЕНЬ Вы можете поместить определенные приложения в утвержденный список для дисплея быстрого просмотра, позволяя запускать их на 2,7-дюймовом экране 800 x 600. Большинство приложений для Android прямо ужасны при таком размере, но с его помощью удобно отвечать на сообщение — клавиатура хорошо работает со свайпами. Лучшая часть внешнего дисплея заключается в том, что вы можете использовать его в качестве видоискателя камеры, позволяя вам делать селфи с лучшей из двух камер на Razr. Новый Razr имеет 5G, хотя и не поддерживает более высокоскоростную mmWave-версию 5G (там нет больших потерь). Он также доступен разблокированным и будет принимать стандартную SIM-карту — Две вещи, которые вы на самом деле не могли получить с оригиналом, хотите верьте, хотите нет. Motorola использует процессор, который вы найдете на большинстве телефонов среднего уровня Android (например, Pixel 5 и 4A 5G), Snapdragon 765g от Qualcomm. Он работает в паре с 8 ГБ оперативной памяти и 256 ГБ памяти. В результате всего этого Razr отлично работал в моем тестировании, но я не бросал на него тонну чрезвычайно сложных игр. Процессор также может помочь миниатюрной батарее емкостью 2800 мАч прослужить дольше. Мне определенно нужно было зарядное устройство с этим телефоном к раннему вечеру, но при более легком использовании (в том числе проводя больше времени на внешнем дисплее вместо того, чтобы открывать телефон) я мог видеть, как проходит день. Вы можете использовать лучшую внешнюю камеру для селфи. КАМЕРА MOTOROLA RAZR (2020) На Motorola Razr есть две камеры. Селфи-камера внутри, рядом с экраном, имеет 20-мегапиксельный сенсор, втиснутый в крошечное пространство. Вы должны использовать его для видеоконференций и ничего больше, так как он не очень хорош. К счастью, вы можете легко делать селфи с помощью основной внешней камеры. Он имеет 48-мегапиксельный сенсор, который выдает 12-мегапиксельные изображения. Вы можете использовать один из пользовательских жестов Motorola (в данном случае поворот запястья), чтобы запустить его, а затем фотографировать себя в течение всего дня. ВИД СЕТКИ 1 из 16 Однако, когда вы это сделаете, постарайтесь убедиться, что вы находитесь в приличном освещении. Что-нибудь слишком сложное, и эта в остальном совершенно средняя камера идет немного боком. Тот же совет применим и тогда, когда вы открыли телефон, чтобы использовать камеру как обычно. Я просто не могу точно предсказать, что предпримет Razr. В сумерках он перейдет в ночной режим, даже если в этом нет никакой необходимости. Требуется время, чтобы познакомиться с любой новой камерой, но к этой потребуется немного больше времени, чтобы привыкнуть, чем к большинству, чтобы узнать ее причуды. Как и в большинстве телефонов, вы можете получить действительно хорошие фотографии из Motorola Razr 2020 года в правильных условиях. В большинстве случаев цвета немного приглушены, и в деталях нет особой резкости, а затем из ниоткуда он выдувает цветок без особой причины. Время от времени это будет серьезно впечатлять меня, как в случае с закатом, снятым в галерее наверху. В основном, однако, это просто нормально, в том числе для селфи и особенно при слабом освещении. В целом, эта штука в основном достаточно компетентна для Instagram. Добавьте все это, и у вас есть камера, которая является значительным улучшением по сравнению с камерой на Razr 2019 года и значительным разочарованием по сравнению с камерой практически на любом телефоне Android, который стоит 600 долларов или больше (не говоря уже о 349-долларовом Pixel 4A). Motorola Razr 2020 года выпуска с 5G Я чувствую себя как заезженная пластинка, когда дело доходит до обзора складных телефонов, но здесь все равно идет. В какой-то момент я должен поверить, что стоимость этих гибких экранов и тщательно спроектированных петель снизится. Если бы они это сделали, то такое устройство, как Razr 2020 года, было бы вполне приемлемым телефоном среднего уровня. Если судить точно так же, как по телефону, то на Razr нет ничего выдающегося. Камера могла бы быть лучше, но в остальном она имеет приличное время автономной работы, производительность и даже качество сборки. Если судить по флип-телефону, то Razr занимает свою собственную хорошо продуманную нишу рядом с основным конкурентом, более Хо-хумовым, но во многих отношениях лучшим Galaxy Z Flip. Я думаю, что за 1400 долларов вы получите телефон, который будет потрясающим почти во всех возможных отношениях, а не только с классным дизайном и удовлетворительным флипом. За полцены я был бы в десять раз более взволнован. При такой цене Razr 2020 года слишком резко сокращает любой разумный бюджет. СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ: MOTOROLA RAZR (2020) Каждое интеллектуальное устройство теперь требует от вас согласия на ряд условий, прежде чем вы сможете использовать его — контракты, которые никто на самом деле не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали точно подсчитывать, сколько раз вы должны нажать "согласен", чтобы использовать устройства, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Motorola Razr, вы должны согласиться: Политика Конфиденциальности Motorola Условия предоставления услуг Google Политика конфиденциальности Google (включена в ToS) Установка приложений и обновлений: “вы соглашаетесь с тем, что это устройство также может автоматически загружать и устанавливать обновления и приложения от Google, вашего оператора связи и производителя вашего устройства, возможно, используя сотовые данные.” Следующие соглашения являются необязательными: Использование местоположения: "Google может периодически собирать данные о местоположении и использовать эти данные любым анонимным способом для повышения точности определения местоположения и услуг на основе определения местоположения.” Разрешить сканирование: "разрешить приложениям и службам сканировать сети Wi-Fi и близлежащие устройства в любое время, даже если Wi-Fi или Bluetooth выключены.” Отправка данных об использовании и диагностике Доступ к местоположению перевозчика Кроме того, если вы хотите использовать Google Assistant, вы должны согласиться позволить Google собирать: Информация о приложении с ваших устройств Контактная информация с ваших устройств: "эти данные могут быть сохранены и использованы в любом сервисе Google, где вы вошли в систему, чтобы предоставить вам более персонализированный опыт. Вы можете просмотреть свои данные, удалить их и изменить настройки по адресу account.google.com” Другие функции, такие как Google Pay, могут потребовать дополнительных соглашений. Окончательный итог: четыре обязательных соглашения и не менее шести факультативных.