Menu

Gürcüstanda koronavirusa 990 yeni yoluxma qeydə alınıb

01.01.2021, 11:50
Gürcüstanda koronavirusa 990 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 990 yeni yoluxma halı təsdiqlənib, 3 265 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 228 410 təşkil edir. Onların 214 992-si sağalıb, 2 528-i isə vəfat edib.

Karantin zonalarında 415, stasionar nəzarətdə 4 664 nəfər var. Xəstəliyi yüngül formada keçirən 858 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol