Menu

İşğaldan azad olunan ərazilərdə radio-televiziya yayımına başlanılıb

01.01.2021, 15:48
İşğaldan azad olunan ərazilərdə radio-televiziya yayımına başlanılıb

İşğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər.

Nazirlikdən verilən məlumata görə, stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib.

Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb.

Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.

Eyni zamanda, “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.

Şərhlər

Moshu 2021-01-01 23:00:02

Şükürlər olsun Allaha artıq görüləcək işlərin ilk cücərtiləri işıq üzü görməkdədir. İndi əsas məsələ təbliğat işlərinin görülməsidir. Yəqin ki, bu işlər gündəmdədir, hər ehtimala qarşı erməni dilində müəyyən verilişlər təşkil etmək lazım gələcək, erməni əhalisi üçün Azərbaycan dövlətinin apardığı və aparacağı siyasət onların nəzərinə çatdırılmalıdır. Cənab Prezident qeyd etdiyi kimi onlara izah olunmalıdır ki, Azərbaycan vətəndaşları olaraq onlar üçün bütün lazım olan şərait yaradılacaq, onlar da Azərbaycan vətəndaşları ilə eyni hüquqlardan istifadə edəcəklər, dövlət qurumlarında çalışacaqlar, seçkili orqanlarda təmsil olunacaqlar. Onlara izah olunmalıdır ki, istəsələr də istəməsələr də azərbaycanlılar da Xankəndinə köçüb orada yaşayacaqlar, bu birmənalıdır. Azərbaycan Rusiya sülhməramlılarının istəyindən asılı olmayaraq öz hakimiyyətini Xankəndində və ətraf rayonlarda bərpa edəcəkdir, sadəcə bu zaman məsələsidir. Bu izah etmə məsələsi gün ərzində ən azından 5-6 dəfə təkrarlanmalıdır, eyni fikirləri təkrarlamamaq şərtilə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol