Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətlərində növbəti dəfə məqsədi aşan fikirlər səsləndirilib. Bu dəfə sülhməramlıların tərkibinə daxil olan hərbi qulluqçulardan biri Yeni illə bağlı tost deyərkən ermənilərə səslənib.
Laçında xidmətini davam etdirən rusiyalı hərbi qulluqçu ermənilərə səslənərək narahat olmamağı, onların yanında olduqlarını, Qarabağa məhz onlar üçün gəldiklərini bildirib: “Biz ona görə burdayıq ki, hər şeyi yerbəyer edək. Sizi əmin edirəm ki, tezliklə hər şey qaydasına düşəcək. Hətta nağıllarda da yekunda hər şey belə bitir – xeyir şərə qalib gəlir. Əgər söhbət qorxudan gedirsə, hamımız qorxuruq. Amma siz geri dönməlisiniz. Necə deyərlər, risk etməyən şampan içməz. Doğrudur, hazırda mən şampan yox, meyvə şirəsi içirəm, amma bunu sizin şərəfinizə qaldırıram və bildirmək istəyirəm ki, yolunuzdan dönməyin. İrəli gedin və heç kimdən qorxmayın. Yeni iliniz mübarək!”
Rusiyalı hərbçi yekunda erməni dilində erməniləri salamlayıb və Laçın şəhərinin adını ermənilərin adlandırdığı kimi, Berdzor olaraq tələffüz edib.
Dünyanın istənilən bölgəsində sülhməramlı əməliyyatın əsas prinsipi münaqişə tərəflərinə qarşı qərəzsiz olmaqdır. Müharibə edən qəzəbli tərəflər sülhməramlıların hərəkətlərində hər aspekti xüsusi araşdıracaqlar. Məhz buna görə də münaqişə tərəfləri arasında dayanmağa qərar verən barışıq tərəfi üçün obyektiv mövqe və etimad vacib məfhumdur.
Rusiya sülhməramlılarının Dağlıq Qarabağ zonasında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ayırması missiyalarını qərəzsiz yerinə yetirmələrindən çox qısa zaman keçdi.
Görünən odur ki, kontingentin tərkibinə daxil olan hərbçilərin bəziləri missiyalarından xəbərsizdir və Qarabağa nəyə görə gəldiyini unudub. Ermənilərə açıq mətnlə dəstək verən hərbçi öz qərəzini aydın şəkildə nümayiş etdirir. Bu, sülhməramlılarla bağlı ilk belə hal deyil. Bundan öncə də onların öz məqsədlərini aşan müəyyən açıqlamaları, hərəkətləri olmuşdu.
Görünür, əllərinə düşən hər fürsətdə ermənilərə olan sevgilərini ifadə edən rusiyalı əsgərlər həm öz ölkələrinin də imzaladığı üçtərəfli Bəyanata, həm dövlətlərarası digər razılaşmalara, həm də missiyalarına xəyanət edirlər.
Əgər bu, əsgərin öz şəxsi təşəbbüsü ilə olursa, mütləq öz komandanlığı tərəfindən cəzalandırılmalı, kontingentin tərkibindən uzaqlaşdırılmaldır. Əks halda Azərbaycan ictimaiyyəti arasında sülhməramlılara qarşı yaranmış şübhələr daha da genişlənəcək və bu missiya öz əhəmiyyətini itirəcək(oxu.az).
Sözügedən videonu təqdim edirik:

Şərhlər
Araik ( peqovdu ne zibildi ) onunla bir yerde , esqerlere bash cekibler ayin 1 de, Yeni ôz ordusunun esqerlerne ( bizimle serhedde ) Bu nece olur ? Heeee ikiside axtarisha verilib cinayet ishi acilib , Peqov parashutnan dûshûb ora , ay bash prokuror ? Qûc strukturlarimiz ( MTN veyaxuy DIN ve bashqalari ) cox zeifdiler cox , Bele olan halda onnarda ne isteyir onu edirler. Tecûbli bir shey yoxdu ay milletim menim !!!Hele Araik deyir , biz ordunu qûclendirmeliyik yeni silahlarla,,,,,
Bu adami tapib iti qovan kimi qovan va efirda vermak lazimdir.
Araik ( peqovdu ne zibildi ) onunla bir yerde , esqerlere bash cekibler ayin 1 de, Yeni ôz ordusunun esqerlerne ( bizimle serhedde ) Bu nece olur ? Heeee ikiside axtarisha verilib cinayet ishi acilib , Peqov parashutnan dûshûb ora , ay bash prokuror ? Qûc strukturlarimiz ( MTN veyaxuy DIN ve bashqalari ) cox zeifdiler cox , Bele olan halda onnarda ne isteyir onu edirler. Tecûbli bir shey yoxdu ay milletim menim !!!Hele Araik deyir , biz ordunu qûclendirmeliyik yeni silahlarla,,,,,
Bakidaki rus sefitini , caqirib notamizi vermeliyik !!!!! Yatma ay Cryhun mellim !!! MTN ve DIN sizde yatmayin sôzûnûzû deyin . Bilsinner bizim reaksiyamizi . Bosh buraxmaq olmaz bunlari !!!! Bilesiz !!!
Əbilfəz Elçibəy canı və hakimiyyəti bahasına onları qovdu -bundan sonra qədrini bilərik--amma nə fayda
RR BƏS BİZİMKİLƏR NƏ GÖZLƏYİRDİLƏR-onu bircə başa düşə bilmirəm--nə üçün??????
Xeyr, bu " sülhməramlı" heç nəyi unutmayıb. Şərəfsiz babalaının yarımçıq qalmış "missiyasını "tamamlamaq üçün gəldiyini bilir. Unudan, İbrahim xanın varisləridir. Daha doğrusu rusu sülhməramlı adıyla Qarabağa , Azərbaycana biraxanlardır. Rusların verdiyi sözə, imzaladığı sənədə sədaqətini unudanlar , eyni işi tutan İbrahim xanın aqibətıni xatırlasınlar.
Sulhmeramlilarin terkibinde ekseriyyet ermenilerdi bu da onlardan biri
Onların ermənilər üçün gəldikləri hələ Yerevan aeroportunda enmələri,rüstəmovun ermənistan müdafiə naziri ilə görüşü,Arutyunlanla qardaşı kimi görüşləri sübut edirdi.Sanki AZərbaycanda hava limanları olmayıb.indiy qədər bizim XİN-nin və digər yetkililərin susmasınınmənası anlaşılan deyil.Vəziyyəti düzəltmk yalnız Türk sülhməramlı qoşunlarının ruslarla birgə Qarabağda olması xilas edə bilər..Bunu anlamaq üçün o qədər də düşünməyə ehtiyac yoxdur.Çünki belə getsə yen Qarabağdan Ermənistan əl çəkməyəcək.5-ci kolon bəhanəsini arxa plana keçirmək ilk öncə Türkiyə zonaya girməlidir.Yoxsa AZərbaycanı tenə narahatlıq,fəlakət gözləyir.
Ey russkiy "mirotvorets" mı vidim chto tı lyubish.... mı vas syuda ne zvali. Russkie von iz nashey stranı! Okkupantı von iz stranı!
Tarixi düşmən heç vaxt dəyişmir.Rusiya da bizim tarixi və genetik düşmənimizdir.Onların Qarabağa gəlişi,əlbəttə,erməniləri qorumaq və ərazidə terrorun fəaliyyətini davam etdirməkdir.Zahid Oruclara bu rusun nitqini çatdırmaq lazımdır ki,nəyin peşində olduğunu anlasın.
Bu kopoyoğluna erməni tost dedizdirir. rus-erməni Azərbaycanın bir nömrəli düşmənləridir! Rus "sülhməramlıları" öz erməni çetelərini də görüb rədd olsunlar Azərbaycandan!
Çox pis! iç üzləri açılır!
Çox üzleri açılacaq. 200 il heç bir xeyrin görmemişik bu itlerin. Bundan sonra da xeyrin ğörmüyeceyik qara millet, vehşi müselman deyibler bize
Bu köpəyoğlu ermənidir,növbəti hiylələridir,uymaq lazım deyil
Rusiya sülməramlılarının rəhbərliyi qarşısında bu hərbçinin tapılmasını və təcili Azərbaycan ərazisindən qovulmasını tələb etmək lazımdır. Belə olarsa, rus hərbçiləridə və erməni dığalarıda Azərbaycanın qəti mövqeyi ilə razılaşmalı olar və xam xəyala düşməzlər.
DƏYYUS RƏHBƏRLİYİNİN TAPŞIRIĞINI İCRA EDİR.ERMƏNİLƏRDƏ ÖTƏN İL BİZƏ İLİŞİRDİLƏR SONDA NƏTİCƏSİNİ GÖRDÜK.KECİNİN DÖYÜLMƏYİ GƏLƏNDƏ BAŞINI COBANIN KOMAĞINA SÜRTƏR.
Rədd olsun AZƏRBAYCANIN DÜŞMƏNLƏRİ Rusiya ermənistanbu dünyada iki düşmənimiz var erməni rus