Menu

Ermənistanda koronavirusa yoluxanların sayı 160 minə çatır

02.01.2021, 11:37
Ermənistanda koronavirusa yoluxanların sayı 160 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 329 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 8 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 2836 nəfər koronavirusdan ölüb.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol