Menu

Amerikada bir gündə 2 mindən çox insan virusdan ölüb

02.01.2021, 19:22
Amerikada bir gündə 2 mindən çox insan virusdan ölüb

ABŞ-da son gündə 160 606 nəfər yeni növ koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində ABŞ-da 2 051 koronavirus xəstəsi ölüb.

Ümumilikdə pandemiyanın başlanğıcından bəri ABŞ-da 20,1 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 347 mindən çox insan COVID-19 -un qurbanı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol