Bu gündən Gürcüstanda koronavirus pandemiyası səbəbindən yanvarın 15-dək tətil günləri elan olunub. “Report”un yerli bürosu xəbər verir ki, 12 gün ərzində banklar, strateji əhəmiyyətli müəssisə və xidmətlər istisna olmaqla bütün dövlət və özəl müəssisələr işləməyəcək.
Bununla yanaşı, yeni il öncəsi fəaliyyətinə icazə verilən ticarət mərkəzləri və qeyri-ərzaq mağazaları yenidən bağlanıb.
Tətil dövründə iri şəhərlərdə yalnız ərzaq mağazaları, apteklər, məişət kimyası və gigiyena vasitəri, ev heyvanları üçün yem mağazaları və qəzet köşkləri açıq olacaq. Çatdırılma xidməti, gözəllik salonları, avtoservis, məişət texnikasının təmiri mərkəzləri fəaliyyətlərini davam etdirəcək.
Yanvarın 16-dan 31-dək bazar günləri istisna olmaqla Gürcüstanda şəhər və şəhərlərarası nəqliyyatın hərəkətinin, ticarət obyektləri, açıq və qapalı bazarların fəaliyyətinin bərpa olunacağı gözlənilir. Müvafiq qərarlar ölkədəki epidemioloji vəziyyətdən asılı olaraq qəbul ediləcək.


Şərhlər
Qüdrət bəyin dediyinə görə Azərbaycanın suverenliyi bir "pomidordan" asılıdır. Bir az təcrübəli satıcı cə ya ticarətçidə bilir ki, satdığı mal bir adamdan, bir müştəridən, bir firmadan, yəni bir istiqamətdən asılıdırsa onun "alveri" bata bilər. Yəni dayanaqlı ticarət üçün çoxşaxəli istiqamət olmalıdır. Bu təkcə istehlakçıların günahı deyil ki, onların məhsulu bir bazara yönlənib. Burda siz deputatların, Mill Məclisin, digər qrumlarında günahı var. Demək bir pomidora görə Rusiyanın qarşısında "sluşi" dayanmalıyıq? Mən demirəm ki, istehlakçıların haqqını, pulunu əlindən alaq, bunun üçün alternativ yollar axtarılmalıdı.