Menu

Kanadada helikopter qəzası baş verib, ölənlər var

03.01.2021, 00:49
Kanadada helikopter qəzası baş verib, ölənlər var

Kanadanın Alberta vilayətində “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Bu barədə “Report” “CTV” kanalına istinadən məlumat yayıb.

Helikopter Qrand-Preri şəhərindən təxminən 100 km şimal-şərqdə əkin sahəsinə düşüb.

Qəza nəticəsində helikopterdə olanların hamısı hadisə yerində keçinib. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol