Seymur VERDİZADƏ
Müharibə vaxtı gizlənməyə siçan deşiyi axtaran, tülkü kimi koldan-kola atlayan separatçı lider Araik Arutunyanın dili yenə bir qarış olub. Rusiya sülhməramlıları onun dərisi iki qəpiyə dəyməyən vücudunu Azərbaycan Ordusunun əlindən alandan sonra təkrar dil açıb. Əsl erməni xislətidir: xirtdəyi başqasının əlində olanda tülkü kimi dil çıxarıb yalvarır, canını qurtaranda isə yoncalıqdan çıxmış dana kimi böyürür…
Araik iti sosial şəbəkə hesabında yeni şəkil paylaşıb. Belə anlaşılır ki, Dağlıq Qarabağın sülhməramlıların nəzarətində olan hissəsində səngər qazırlar. Depressiyada olan erməni cəmiyyətini ovundurmaq üçün iddialı bəyanat da verib: “Yeni, müasir ordu yaradacağıq!”
Ay sən öləsən!
Yeni, müasir ordunu hansı pulla yaradacaqsan? Tutaq ki, bacın Kim Kardaşyanın hesabına Avropanın pullu kişilərindən 5-10 dollar topladın. Aldığın silahları Dağlıq Qarabağa necə gətirəcəksən? Bu qələti edərkən o gözəl dronumun bir andaca başının üstünü almayacağını hardan bilirsən? Şalvarını batırdığın günləri nə tez unutdun?
Milçək bir şey deyil, amma könül bulandırır. Bu yaramaz Araik də it kimi hürüb milçək kimi könül bulandırmaqla məşğuldur. Onun ağzını birdəfəlik yummaq lazımdır!
Prezident İlham Əliyev işğalçı ordunun Qarabağdakı tör-töküntüləriylə bağlı Azərbaycanın mövqeyini konkret ifadə edib: “Onlar müharibə əsiri sayıla bilməz, terrorçudurlar!”
Terrorçu ilə onların öz dilində danışmaq lazımdır. Araik Arutunyanı və tərəfdarlarını cəzalandırmaq üçün yetərli hüquqi baza mövcuddur. Azərbaycanın hüquq mühafizə orqanları bu terrorçular barədə cinayət işi açıb. Onların yaxalanıb istintaqa təhvil verilməsi üçün hazırda əməliyyat-axtarış tədbirləri davam edir. Bir halda ki, özü şəkil çəkdirərək yerini bəlli edib, çox gözləməyə lüzum yoxdur. Dərhal o terrorçunun başına qara torba keçirib ədalət məhkəməsində cavab verməsini təmin etmək lazımdır.
Şükür, bizim DTX bu işi yaxşı bacarır…
Ellikcə qara maskalı oğlandan xəbər gözləyirik.
Çox keçməz, sevindirər bizi…
(Yenisabah.az)

Şərhlər
Yəqin bu bədzat Robik Koçaryan kimi Vova dayısının sevimlisiir, ona görə rus komandirlə marçamarçla öpüşür.
Ona imkan yaradan rus kücüklərini rədd etmək lazımdır.
Qôreydeeee,,,, Peqovda ordadi . Men yazmisham bir nece qûn bundan qabaq.
Torbada araikin başı yox...torbada urus var..hənnn
Seymır bey bir milletin ki (ermeniye millet demek mümkündürse) qara günleri başladı torba onun rehberlirinin başına avtomatik keçecek.Siz darıxmayın Prezidentimiz hamıdan yaxşı bilir ne baxt neyı nece etmek lazımdır.Belke Araike Türk zopası lazım oldu dadsa pis olmaz ağlı başına heler
Araikin basina qara torba kecirilen gunu sebirsizlikle gozleyirik
mən isə bu torba məsələsinə inanmıram.