Menu

Ermənilər Hadrut və Cəbrayıldan 20 meyit yığdılar

04.01.2021, 12:56
Ermənilər Hadrut və Cəbrayıldan 20 meyit yığdılar

Ermənilər Qarabağdakı döyüş meydanından cəsədlərin axtarışlarını davam etdirir. Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanvarın 3-də Hadrut və Cəbrayıl rayonları ərazisində daha 19 hərbçi və 1 mülki şəxsin meyiti tapılıb.

Qarabağdakı qondarma qurumun “təmsilçisi” Unan Tadevosyan deyib ki, mülki şəxs kişi cinsindəndir, onunla bağlı məhkəmə-tibb ekspertizası aparılacaq. Hərbçilərin meyitləri isə döyüş mövqeyində aşkarlanıb.

Tadevosyan deyib ki, bu günədək 1175 nəfərin meyiti aşkarlanıb. Hazırda axtarış prosesi Hadrut və Cəbrayıl istiqamətində davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol