Artıq neçənci dəfədir ki, redaksiyamıza Göyçayın icra başçısının şəhid və qazi ailələrinə qarşı ədalətsiz və laqeyid münasibətinə dair şikayət məktubu daxil olur.
Bu dəfə Göyçay rayonu Mallı-Şıxlı kənd sakini olan qazi anası Məmmədova Maygül Bahadur qızının ölkə Prezidenti və Birinci vitse-prezidentə ünvanladığı məktubun bir nüsxəsi də “AzPolitika.info”-ya daxil olub.
Məktubda göstərilir ki, ağır yaralanan qazi Məmmədov Yusif Müşfiq oğlu olduqca ağır sosial problemləri olan ailədə, çətin durumda yaşayır: “Mənim oğlum Məmmədov Yusif Müşfiq oğlu Vətən Müharibəsi qazisidir. 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan müharibədə iştirak edən oğlum 1 oktyabr 2020-ci il tarixdə ağır yaralanıb. Diaqnozu qapalı fəqərə sütunu onurğa beyin travması olub. Cərrahiyyə əməliyyatından sonra sol aşağı ətrafı yüngül, sağ aşağı ətrafı isə dərin monoparest, çanaq orqanları funksiyasının pozulmasından əziyyət çəkir. Ağır yaralı oğlumu bir yerdən digər yerə qucaqda aparırıq, hərəkət edə bilmir. Böyrəkləri işləmir, sidiyi şlank vasitəsilə ifraz edilir.”
Qazi anası həkimlərdən heç bir şikayəti olmasa da Göyçayın icra başçısının saymaz və laqeyid münasibətindən gileylənir: “Oğlum hazırda hospitaldan evə məzuniyyətə buraxılıb. Mənim həkimlərdən heç bir şikayətim yoxdur. Əksinə, onlardan tam razıyam. Ancaq Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə bizim ailəyə qarşı hörmətsizlik etdi. Dəfələrlə onun qəbuluna getsəm də, nə qəbul etmədi, nə də köməklik göstərmədi. Mənə köməkçisi vasitəsilə sözü bu oldu ki, “biz qazi ailələrinə kömək etmirik, Prezident özü kömək edəcək”.

Biz, yararsız, qəzalı daxmada yaşayırıq. Döşəməsi torpaq, tavanı isə tam yararsız olan bu daxmada xəstə qazinin yaşaması onun sağalmasına çətinlik yaradır, səhhətini daha da ağırlaşdırır. Həyat yoldaşım rəhmətə gedib. Yetimçiliklə 4 övlad böyütmüşəm. Uzun illərdir Yusif və qardaşı Rəvan fəhləlik etməklə həyətdə ev tikdirdik. Yarımçıq qalmış həmin evin hasarı hörülüb üstü bağlansa da tavanı, döşəməsi qapıları yoxdur, qazı, işığı çəkilməyib. Buna isə bizim maddi imkanımız yoxdur.”

M.Məmmədova yazır ki, ailənin tikintisi yarımçıq qalan evi başa çatdırmaq və heç olmasa onun bir otağını qazi üçün hazırlamaq imkanı yoxdur: “İstəyim odur, həmin yarımçıq evin bir otağını tezliklə hazırlayaq ki, ağır xəstə olan oğlum Yusif orada yaşasın. Mən icra başçısından buna görə xahiş etmişdim ki, Allah və Vətən xatirinə bizə köməklik göstərsin. Ancaq o, yaramaz hərəkət edərək, bizi qəbul etmədi və heç bir köməklik göstərmədi. Bircə o sözü bizə çatdırdı ki, gedin deyin başçı qazi ailələrinə köməklik etmir, bu işlərə Prezident baxır. Mən, həmçinin, kömək üçün deputat Sabir Hacıyevə də teleqram göndərmişəm. Ancaq o da kömək etmədi. Qeyd edim ki, biz özümüz Yaşat fonduna müraciət etmişik. İcra başçısı Mehdi Səlimzadə isə “reklam xəstəliyinə” tutulub. Bir-iki qazini yığıb otağına şəkil çəkdirməklə, özünün əlində saxladığı saytlarda nümayiş etdirərək Prezidenti və ictimaiyyəti aldadır. Ancaq əslində, Mehdi Səlimzadə vətəndaşlara qarşı çox ədalətsiz və laqeyid icra başçısıdır...”
Sonda qazi anası ölkə başçısından və Mehriban xanımdan xahiş edir ki, ailənin probleminin araşdırılmasına və ağır yaralı qazinin normal yaşayışının təmin olunmasına kömək etsinlər.
“AzPolitika.info”






Şərhlər
toxun acdan ne vaxt xeberi olubki o icra hakimiyyetini cox yox 10 gun hemin eve getirib orda saxlasinlar sonra gor nece komek edir vicdansiz
Bu İH başçıları Prezident İlham Əliyevə baxıb ibrət götürməlidirlər.Prezident şəhid ailələrinə,müharibə əlilləri və qazilərə həmişə diqqət yetirir.Biz müharibədə Prezidenti döyüşən ordu ilə bir sırada gördük.Müharibədən sonra da Prezident hər bir şəhid ailəsi və qazilər üçün mümkün olan qayğını göstərir.Belə bir zamanda qazilərə biganə qalmaq,eyni zamanda Prezidentə qarşı olmaqdır.Prezidentin həyata keçirdiyi böyük işlərə kölgə salmaqdır.
Bir nefer icra başçısı göstərin ki övladı gedib müharibəyə.
Allah belanizi versin !!!!
cunki onlarin balari ve qoxumlari doyuwmwyifler
VALLAH ADAM BİLMİR NƏ DESİN?XALQIMIZIN İGİD OĞLANLARI PREZDENTƏ MÜRACİƏT EDƏRƏK VƏTƏN YOLUNDA DÖYÜŞƏ GEDƏNDƏ BƏZİ ŞƏRƏFSİZLƏR ÖVLADLARINI GİZLƏTDİLƏR.İNDİ DƏ ERMƏNİYƏ GÜLLƏ ATANLARIN ANALARINI QAPIDAN QOVURLAR.BELƏLƏRİ XALQIMIZIN DÖYÜŞ RUHUNU ÖLDÜRMƏK İSTƏYİRLƏR.ONLARIN HAMISI İSTİ KABİNETLƏRDƏN QOVULMALIDIRLAR.
Hər şeyi Prezidentin üzərinə atmaq olmaz! siz də üzərinizə düşən vəzifəni yerinə yetirməlisiniz, Qazilərimizə lazımi köməkliyi göstərməlisiniz!
mehdi! Qazimizə mütləq ev verilməlidir! Qazimiz sənin kimilərin yaşaması üçün ağır xəstəliklərlə üz-üzədir!
bu "icra başçısı"..... buna söz təsir etməz, gönü çox qalındır!
Allah bu imansiz icralarin , belasin versin !!!! Harinnamish ,,,,,, r