Menu

Gediş haqqı artırılacaq? - BNA-dan açıqlama

05.01.2021, 09:51
Gediş haqqı artırılacaq? - BNA-dan açıqlama

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Bunu Trend-ə açıqlamasında agentliyin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: "Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətiniN artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".

Şərhlər

Murtuz 2021-01-05 13:17:18

Duzgun gerar deil , kasibin beli girildi , her weyin giymeti galxacag, bunu etmekdense debdebeli heyata vergi tetbig ederdiler meselen villa sonra range rover ve benzinin Ai95 ve super markali lrin giymetini artiradilar bax bu olardi edaletli

samir 2021-01-05 12:39:11

Ölkədə ölüm halları istənilən səviyyəyə çatmır həm də azalır axı...Bunu daha da sürətləndirmək üçün dərmanların qiymətini DUrmadan, bütün ən zəruri ərzaq və malların qiymətini isə benzinin qiymətini qaldırmaqla bahalaşdırmaq lazım idi və bunu etdilər.İndi HÖCƏT MİLLƏT ÖLMƏ GÖRÜM NECƏ ÖLMƏYƏCƏKSƏN.SƏNƏ DEYİRLƏR ÖL, DEMƏLİ ÖL DƏƏƏƏƏƏƏ........

t.ədalət 2021-01-05 10:29:23

Əlbəttə,artırılacaq.Ancaq indi deyil,bir ay sonra.Həmişə belə olmurmu?

kasıb 2021-01-05 09:56:45

Millətin kasıb təbəqəsi artıq çörək puluna möhtacdır. Toxun acdan xəbəri yoxdur. Bu qərarı çıxardanın tutub milyonlarını əlindən alıb buraxasan kasıbların içinə yəqin ki özünə öldürər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol