Tarif Şurasının dünən keçirilən iclasında yanacaq məhsullarından başqa digər sahələr üzrə tariflərə də yenidən baxılıb.
"AzPolitika.info" xəbər verir ki, toplantıda Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi vəəlaqədar xidmətləri üzrə tariflərə baxılması barədə müraciəti müzakirə edilib.
Bu xidmətlər üzrə tariflərin 2009-cu ildə təsdiq olunduğu və tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitin keyfiyyətli xidmətlərin göstərilməsi üçün avadanlıqların alınmasına, işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə sərf ediləcəyi nəzərə alınaraq, yeni tariflər təsdiq olunub. Xatırladaq ki, yeni tariflər bu gündən - 5 yanvar 2021-ci il tarixindən tətbiq ediləcək.
Tarif Şurasının bu qərarını şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, daşınmaz əmlakla bağlı tariflər, o cümlədən evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırılıb.
Ekspert dəyişən qiymətlərin bəzi ilə bağlı yenilikləri açıqlayıb:
"- Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.
Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:
- sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)
- sahəsi 100 m2-dən 500 m2-dək - max 980 AZN (əvvəl 490 AZN)
Mənzillər üzrə:
- sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda - 20 AZN (əvvəl 12 AZN)
- sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):
- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN
- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN (Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib).
Həyətyanı və bağ sahələri üzrə:
- sahəsi 0,12 ha-dək olduqda - 20 AZN (əvvəl 12 AZN)
- sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün - 1,7 AZN (əvvəl 1 AZN)"
S. Əliyevin sözlərinə görə, tarifləri dəyişən sahələr daha çoxdur, orta hesabla bütün qiymətlər 2 dəfə artıb.
"AzPolitika.info"


Şərhlər