Menu

"Ermənistan rəsmiləri bölgədə yaranmış yeni reallığı qəbul etməlidir" - XİN

05.01.2021, 21:35
"Ermənistan rəsmiləri bölgədə yaranmış yeni reallığı qəbul etməlidir" - XİN

"Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə dair suala cavabında deyib.

O bildirib ki, məhz Ermənistan baş naziri 10 noyabr tarixli bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir: "Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidir. 10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması və bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də əməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə, gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyildir".

Şərhlər

Xalq 2021-01-06 01:35:11

erməni işğalçılarının Qarabağdan qovulması üçün minlərlə şəhid vermişik. İndi erməni əl-qolunu sallayıb Qarabağa gəlir cınqırınız da çıxmır görəsən niyə? Şəhidlərimizin qanı hələ qurumamış bu əclafın Azərbaycanda nə işi var?

Xalq 2021-01-05 23:57:36

Yerdə qalan torpaqlar da yəni: Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Laçın keçidi alınmasa tam qələbədən məncə danışmaq olmaz!

Veteran 2021-01-05 21:47:18

Siz yazırsınız qanunsuz gəlir. Allaha şükür Azərbaycan ordusu Laçının müəyyən hissəsində yerləşir hətta Zəngəzurun bir hissəsidə bizim əlimizdədir.Azərbaycan ordusu tərəfindən həbs olunub gətirib soxurlar qoduqluğa .Bu ən sadə işdir. Yox bizimkilər istəyir onun gəlməyini onda bu başqa məsələ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol