Menu

Vətən Müharibəsində itkin düşmüş şəhidimizin nəşi tapılıb - Sabah Sabirabadda dəfn olunacaq

05.01.2021, 22:21
Vətən Müharibəsində itkin düşmüş şəhidimizin nəşi tapılıb - Sabah Sabirabadda dəfn olunacaq

44 günülük Vətən Müharibəsi dövründə itkin düşmüş Sabirabad rayonunun Poladtoğay kəndinin sakini Əhmədli Əhməd Anar oğlunun şəhid olması xəbəri gəlib.

Bununla bağlı onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Bildirilib ki, şəhidlik zirvəzisinə ucalan Əhməd Əhmədlinin meyiti tapılıb və dəfn olunması üçün yaşadığı kəndə gətirilib.

Şəhidimiz sabah saat 12:00-da Sabirabad rayonunun Poladtoğay kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin.

Şərhlər

Xalq 2021-01-06 00:03:11

Allah şəhidimizə rəhmət eləsin! Qəbri nurla dolsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol