RUSİYA MÜDAFİƏ NAZİRLİYİ QARABAĞLA BAĞLI YENƏ SƏHV ETDİ - Səhvini düzəltdi, ancaq... + FOTOLAR
Baxiş sayı:
Dərc olunub:
06/01/2021 - 10:37
Bu gün, yanvarın 5-də Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqadaları barədə məlumatın başlığında növbəti dəfə texniki səhvə yol verilib.
Başlıqda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərf-“NKR” (yəni “dqr”) şəklində verilmişdi.
Lakin bir müddətdən sonra Rusiya Müdafiə Nazirliyinin saytının rəhbərliyi texniki səhvi aradan qaldıraraq sülhməramlı həkimlərin Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiyini bildirib.
Ancaq yenə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi yazmağı "unudub", sadəcə Dağlıq Qarabağ sakinləri yazıblar.
İlkin variant
Düzəldilmiş variant
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.