1992-1993-cü illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olmuş İlham Həsən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna ianə edib.
Bu barədə Legitim.az-a İlham Həsənin özü məlumat verib: “Dəyərli xalqımız, hamıya bəllidir ki, müharibə hər zaman böyük dağıntılara səbəb olur. Bu dağıntıdan ən çox əziyyət çəkənlər isə məhz o müharibənin iştirakçıları, yəni şəhid ailələri və qazilər olur. Bunu bir qazi kimi birinci Qarabağ savaşından sonrakı dövrdə şəxsən yaşamışam.
Şəhid ailələrinin və qazilərin yarasını sarımaq, maddi və mənəvi dəstək olmaq tək dövlətin deyil bütün xalqın vəzifəsi olmalıdır! Ona görə də ölkə xaricində yaşayan dostlarımızı da bu təşəbbüsə qoşulub “YAŞAT“ fonduna dəstək verməsini zəruri hesab edirəm və özüm də ilk yardımı edirəm!
İnanıram ki, harada yaşamasından asılı olmayaraq hər kəs şəhid ailələrinə və qazilərimizə dəstək üçün bu fonda dəstək verəcək! Bu yardımların ədalətli şəkildə paylanmasına ictimai və dövlət nəzarətinin gücləndirilməsi olduqca zəruridir!”.


Şərhlər
Kelbecer oğlusan elin sevimlisi
Esger Başçi olub Kelbecer üçün sona qeder kabinetden deyil sengerden döyüşüb. Var ol komutanim qururumuzsan
Emin İlham döyüşende sen göyde ulduz sayirdin.İlham başçi yox esger olub get böyüklerinden soruş
İlham kimi vetenperverle yalniz qürur duyuram. Var oı
İlham bəy, yaxşıki, Azərbaycandan "baş götürüb " gedə bildiniz. Yoxsa Sizdə 1ci Qarabağ savaşında iştirak edib, hətta Başkənd kimi strateji yerin alınmasında xüsusi xidmətləri olmuş Saleh bəy kimi zindanda idiniz. Və yaxud Qarabağ qazisi Babək bəy kimi döyməyə bədənində erməni silahından yaralanan yerlər axtarılırdı.... Odur ki, təşəbbüsünü ilk baxışda qiymətli olsa da, dərin analizde başqa cürdür.
Kəlbəcərin müdafiəsiz qalmasında elə bunun da əli var də...