Menu

TƏHSİL NAZİRİNİN MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD OLUNUB – Özəl

06.01.2021, 14:37
TƏHSİL NAZİRİNİN MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD OLUNUB – Özəl

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tutduğu vəzifədən azad olunub.

Bu barədə “AzPolitika.info”-ya təhsil sektorundakı etibarlı mənbədən məlumat verilib. Müvafiq Prezident sərəncamının bu gün elan olunacağı gözlənilir.

Xatırladaq ki, adı bir sıra qalmaqallarda hallanan M.Vəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

"AzPolitika"

Şərhlər

Mətləb 2021-01-08 15:06:55

Rəsmi olmayan məlumatları dərc etmək nə dərəcədə uyğundur?

Əski kolxozçu 2021-01-07 10:47:02

Belə xəbərə nə şərh? Vəzifəyə adətən sahə üzrə ən savadlı və təcrübəlisini təyin edirlər ki, işi bilir, səriştəsi var! Ümumxalq Sovet Sosialist dövləti yox, indi özəl dövrdür və işdən çıxmağın çox səbəbləri ola bilər?

S.ƏHMƏDOV 2021-01-06 18:40:44

ƏGƏR QAZİMİZ HAQQƏNDA MƏKTƏB DİREKTORU HƏDYAN YAZIRSA,DİGƏR DİREKTOR DÖVLƏTİN QOYDUĞU QAYDALARI NÜMAYİŞKƏRANƏ POZARAQ TÖHMƏTLƏ CANINI QURTARIRSA DEMƏLİ TN-İ ÖHDƏSİNƏ DÜŞƏN FUNKSİYALARI YERİNƏ YETİRMİR.

S.ƏHMƏDOV 2021-01-06 18:33:14

MÖHTƏRƏM PREZİDENTİMİZ TƏHSİL NAZİRİNİN ÖZÜNÜ DƏYİŞSƏ LAP YAXŞI OLAR.TN-Ə 23.09.2020-Cİ İL TARİXDƏ ŞİKAYƏT MƏKTUBU GÖNDƏRMİŞƏM.ANCAQ O AR-I KARGÜZARLIQ HAQQINDA QANUNU KOBUD SURƏTDƏ POZARAQ BU GÜNƏ QƏDƏR MƏKTUBUMU CAVABLANDIRMAYIB.

Qafar 2021-01-06 16:35:37

Hasanov 055

Səlim 2021-01-06 15:28:18

Ya Xarici işlər nazirinin müavini ,yada Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsə direktor))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol