Menu

Azərbaycan iqtisadi nikbinlik indeksinə görə dünyada ikincidir

06.01.2021, 17:27
Azərbaycan iqtisadi nikbinlik indeksinə görə dünyada ikincidir

"Gallup International" assosiasiyası tərəfindən aparılan sorğu və tədqiqatlar nəticəsində məlum olub ki, Azərbaycan əhalisinin 63%-i 2021-ci ilin iqtisadi firavanlıq ili olacağına inanır. Bu göstərici İqtisadi Nikbinlik İndeksi (Economic Optimism Index) kimi ifadə olunur.

"APA-Economics"in "Gallup International"ın hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycan bu göstərici ilə ikinci yerdədir. İlk yerdə isə 72%-lə Nigeriya qərarlaşıb. Üçüncü pillədə 59%-lə Vyetnam, dördüncü yerdə Qırğızıstan (58%), beşinci yerdə isə Hindistan (56%) gəlir.

2021-ci ildə iqtisadiyyatın çətinliklərlə qarşılaşacağına ən çox inanan ölkələr isə Böyük Britaniya, Avstriya, İtaliya, Bosniya və Herseqovina və Bolqarıstan olub. Sözügedən ölkələrdə əhalinin müvafiq olaraq 71%-i, 70%-i, 67%-i, 66%-i və 64%-i 2021-ci ilin iqtisadiyyat üçün çətinliklərlə bol olacağına inanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol