ERMƏNİSTAN LAÇIN DƏHLİZİNDƏN ÖZÜNÜN CILIZ OYUNLARI ÜÇÜN İSTİFADƏ EDİR - “Caliber”in növbəti təhlili + VİDEO

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yanvarın beşində Dağlıq Qarabağda olub və özünü qondarma qurumun başçıları elan edən şəxslərlə görüşüb.

Bu barədə “Caliber” layihəsinin hazırladığı növbəti təhlildə deyilir. Oxu.az-ın məlumatına görə, video-təhlil layihənin “YouTube” kanalında yerləşdirilib.

Hələ bir neçə ay bundan əvvəl oxşar xəbər, yumşaq desək, təəccüb doğurmazdı. Belə ki, Ermənistan rəsmiləri mütəmadi olaraq separatçı rejimlə əlaqədə olub, baxmayaraq ki, bütün dünyada olduğu kimi, bu qondarma təsisatı rəsmi olaraq qəbul etməyib.

Lakin bu gün başqa ölkəni təmsil edən rəsmi şəxslərin rəsmi Bakının icazəsi olmadan Qarabağa səfər etməsi, ilk növbədə Azərbyacan, Rusiya və Ermənistanın imzaladığı birgə bəyanatın kobud pozulmasıdır.

Tərəflər Ermənistanla Dağlıq Qarabağ arsında əlaqənin təmin edən Laçın dəhlizini istisnasız olaraq yalnız humanitar məqsədlərlə istifadə ermək öhdəliyini götürüb.

Təhlildə qeyd olunur ki, Azərbaycan heç zaman dəhlizin yuxarıda qeyd olunan məqsədlər üçün istifadə edilməsinə mane olmayıb və öz üzərinə götürdüyü öhdəlikləri dürüst yerinə yetirib.

Lakin İrəvan bu dəhlizi özünün cılız siyasi oyunları üçün istifadə etmək qərarına gəlib və oraya XİN başçısını göndərib.

635x100

Şərhlər

Xalq 2021-01-07 00:03:28

ruslarla Moskvada görüşə Ərdoğansız getmək doğru olmaz

Eli 2021-01-06 22:28:23

Her halda bınların neysse arxayın olub bele cılız hereketlerı ve ya texribatları bizim müvafiq güz prqanlarımızın gözü qarşısında baş verir ve meqamında müvafiq tedbirler görülecek

Eli 2021-01-06 22:17:10

Mence bu meselede Azerbayczn -Türkiyye İti öldüreme sıruderler taktikadında isyifafe etmek isteyirler.Çünki Qarabağ problemini yaradan da hell etmek isteyen de tuslardır .Ancaq onlar bir şeyi yaddan çıxarırlar tez tez:biz tek deyilik Türkiyye bizimledir.

Eli 2021-01-06 22:09:25

Dünya bele şexsiyyetsiz ,şerefsiz dilençi ,fahişe millet ne görüb ne de gerecek.

Son yazılar