Menu

"Bitcoin"nin qiyməti 37 min dollara çatıb

07.01.2021, 10:13
"Bitcoin"nin qiyməti 37 min dollara çatıb

“Bitcoin”in dəyəri bir daha tarixi maksimumunu yeniləyərək 37 min dollar səviyyəsini aşdı.

“APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “CoinMarketCap” portalı məlumat yayıb.

20-dən çox birjaların orta qiymətini hesablayan “CoinMarketCap”in məlumata görə, bu gün səhər saatlarında “Bitcoin” 7,8% bahalaşaraq 36 850 dollara yüksəlib.

Ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjası olan “Binance”da “Bitcoin” 8,4% artaraq 36 810 dollaradək bahalaşıb.

Bir müddət əvvəl isə “Bitcoin”in qiyməti ilk dəfə 37 min dollar səviyyəsini aşaraq yeni maksimuma yüksələrək 37 002 dollara çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol