Menu

“İŞİD Gürcüstanı da vura bilər...”- Metyu Brayza

14.10.2014, 01:26
“İŞİD Gürcüstanı da vura bilər...”- Metyu Brayza

“Əgər İŞİD-i heç kim dayandırmasa, yekun etibarilə o, Gürcüstanı vuracaq”. Musavat.com-un Gürcüstan KİV-ə istinadən verdiyi xəbərə görə, belə bir xəbərdarlıqla ABŞ dövlət katibi köməkçisinin sabiq müavini, Birləşmiş Ştatların Azərbaycandakı və Minsk Qrupundakı sabiq səfiri Meytu Brayza çıxış edib.

Onun sözlərinə görə, Gürcüstan İŞİD-in darmadağın edilməsində beynəlxalq birliyə kömək eləməlidir. Brayza hesab edir ki, Gürcüstan və onun beynəlxalq müttəfiqləri İŞİD-ə lazımi zərbələr endirməsə, o zaman heç kim özünü təhlükəsizlikdə hiss etməyəcək.

“Odur ki, seçim aydındır – ya birgə fəaliyyət və qələbə, ya da kollektiv məsuliyyətin qulaqardı edilməsi və məğlubiyyət” - əlavə edib keçmiş diplomat.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol