Menu

Conson da Trampı günahlandırıb

08.01.2021, 00:34
Conson da Trampı günahlandırıb

Böyük Britaniyanın Baş naziri Boris Conson hazırkı ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda qiyamı alovlandırdığını düşünür və hesab edir ki, bu, “tamamilə doğru deyil”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, mətbuat konfransında sualları cavablandıran Conson Vaşinqtondakı şiddəti qınadığını və Tramp tərəfdarlarının hərəkətlərinin “utanc verici” olduğunu bildirib.

“Onun (Trampın - Red.) insanları Kapitoliyə basqına təhrik etməsi və prezident kimi həmişə azad və ədalətli seçkilərin nəticəsi ilə bağlı şübhələrini dilə gətirməsi, düşünürəm ki, bunlar tamamilə yanlış idi”, - deyə Conson öz çıxışında vurğulayıb.

“Şadam ki, yeni seçilmiş prezident lazımi qaydada təsdiqləndi və demokratiya qalib gəldi”, - deyə Baş nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol