Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, görüşdə problemlər və qarşıda duran vəzifələrə toxunulub. Qeyd olunub ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq, daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər. Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.
Bildirilib ki, bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də “BakıKart”a keçid prosesini gecikdirmək məqsədilə süni narazılıqlar və problemlər yaradırlar. Qeyd olunub ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.


Şərhlər
BNA konkret tədbir haqqında düşünməlidir.Kim dövlətin tələbini pozur,həm cərimə olunmalı,həm də daşıyıcılıq hüququndan həmişəlik azad edilməlidir.Burda "söz oynatmaq" daşıyıcıların əlinə oynamaqdır.
Yeni Yasamal sakinləri " Yeni Yasamal " - "İçəri Şəhər" metrosu aralığında fəaliyyət göstərən 77 saylı marşrut avtobuslarının nə vaxt " BakıKarta " keçəcəyini 1 ildən çöx gözləməkdən yorulublar. Bu marşrut xəttində sərnişinlər vaxtlarının 1 saatdan çoxunu dayanacaqlarda sürücülərin müştəri yığmaq adı ilə itirmələridir. Görəsən buna