Menu

"Qaçqınkom" şəhid ailələrinə təqim olunması üçün 4 700 mənzili nazirliyə verdi

08.01.2021, 12:25
"Qaçqınkom" şəhid ailələrinə təqim olunması üçün 4 700 mənzili nazirliyə verdi

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti keçən il məcburi köçkünlər üçün inşa edilən mənzillər və yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib. Həmin mənzillər şəhid ailələrinə veriləcək”.

“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.

O bildirib ki, söhbət 4 700-ə yaxın mənzilli qəsəbələrdən və yaşayış kompleksindən gedir:

“Həmin mənzillər Bakı, Sumqayıt, Abşeron, eləcə də Samux və Lənkəran rayonu ərazisində inşa olunub. Həmin mənzillər artıq istifadəyə hazırdır. Eyni zamanda, evlər sosial texniki infrastrukturla təchiz edilib. Yəni mənzillər tam olaraq yaşam üçün hazır vəziyyətdədir”.

Sədr müavini qeyd edib ki, mənzillərin paylanma mexanizmi ƏƏSMN-in səlahiyyətindədir.

Şərhlər

Elman 2021-01-08 14:38:56

Qaçqın deyiləm,sadəcə bizimlə qaçqın işləyir. Gəlib 10 yaşından 30 il vaqonda yataqxanada yaşayıb,keçən il şəhərdən uzaq bir yedə mənzil veriblər. 1 uşağı var o da burada doğulub böyüyüb. İndi bu evi bu tək qadının əlində almaq nə qədər ədalətli qərar olacaq? Dövlətimizin xalqımızın pulu ilə tikilmiş mənzildir. Şayiələr gəzir ki bu mənzillər onlardan alınıb vətən uğrunda döyüşənlərə veriləcək. Ancaq burada başqa yolla da bunu həll etmək olar. Yüz milyonlarla milyardlarla pulu oğurlamış məmurlardan alıb bu məsələni həll etmək olar. Kasıbın əlindən alıb o biri kasıba vermək nə deməkdir? Talanmış milyardlarla həll etmək lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol